Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29 Sentyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
653
05.05.2026, 21:41
Dünyada ölüm səbəbləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, bir çox insanın düşündüyünün əksinə olaraq ən təhlükəli amil nə müharibələr, nə yol-nəqliyyat hadisələri, nə də bəzi onkoloji xəstəliklərdir. Mütəxəssislərin fikrincə, ən geniş yayılmış və ən çox ölümə səbəb olan problemlərdən biri məhz arterial hipertenziya, yəni yüksək qan təzyiqidir.
Oxu24.com-a açıqlamasında kardioloq Azər Mustafayev bildirib ki, arterial hipertenziya “səssiz qatil” kimi tanınır. Çünki bu xəstəlik uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilir. Bir çox hallarda insan illərlə yüksək qan təzyiqindən əziyyət çəksə də, bundan xəbərsiz olur.
Həkimin sözlərinə görə, yüksək təzyiq birbaşa ölüm səbəbi kimi görünməsə də, o, həyati vacib orqanlara ciddi zərər vuraraq ağır fəsadlara gətirib çıxarır. Bunların başında ürək-damar xəstəlikləri, beyin qan dövranı pozğunluqları və böyrək çatışmazlığı gəlir. Xüsusilə infarkt və insult halları çox vaxt nəzarətsiz qalan yüksək təzyiqin nəticəsi olur.
Mütəxəssis qeyd edir ki, arterial hipertenziya damar divarlarını zədələyir, onların elastikliyini azaldır və zamanla damarların daralmasına səbəb olur. Bu isə orqanlara gedən qan axınını pozur və nəticədə həyati funksiyalar zəifləyir. Uzun müddət nəzarətsiz qaldıqda isə bu proses geri dönməz fəsadlarla nəticələnə bilər.
Kardioloq vurğulayır ki, problemin ən təhlükəli tərəfi onun “sakit” gedişatıdır. İnsanlar yalnız ciddi ağırlaşmalar baş verdikdən sonra həkimə müraciət edirlər. Halbuki xəstəliyin erkən mərhələdə aşkarlanması və nəzarət altına alınması mümkündür.
Bu baxımdan mütəxəssislər aşağıdakı məqamlara xüsusi diqqət yetirilməsini tövsiyə edirlər:
Qan təzyiqinin mütəmadi ölçülməsi
Duz və yağlı qidaların məhdudlaşdırılması
Fiziki aktiv həyat tərzi
Stressin idarə olunması
Siqaret və zərərli vərdişlərdən uzaq durmaq
Həkim əlavə edir ki, müasir tibbdə arterial hipertenziyanın effektiv müalicə üsulları mövcuddur və düzgün yanaşma ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.
Sonda kardioloq Azər Mustafayev qeyd edir ki, yüksək qan təzyiqinə laqeyd yanaşmaq ciddi səhvdir: “Bu xəstəliyə barmaq arası baxmaq olmaz. Vaxtında diaqnoz və düzgün müalicə yüz minlərlə insanın həyatını xilas edə bilər.”
Turan
15:10 / 29 Sentyabr 2026
33
14:56 / 29 Sentyabr 2026
58
14:40 / 29 Sentyabr 2026
47
14:21 / 29 Sentyabr 2026
102
14:18 / 29 Sentyabr 2026
12
14:15 / 29 Sentyabr 2026
60
14:08 / 29 Sentyabr 2026
74
14:00 / 29 Sentyabr 2026
56
13:58 / 29 Sentyabr 2026
56
13:45 / 29 Sentyabr 2026
172
13:40 / 29 Sentyabr 2026
59
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
250
13:24 / 29 Sentyabr 2026
181
13:22 / 29 Sentyabr 2026
132
13:18 / 29 Sentyabr 2026
66
13:10 / 29 Sentyabr 2026
53
13:04 / 29 Sentyabr 2026
236
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.