Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
12 Noyabr 2026, 07:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
566
17.04.2026, 20:17
Başın arxa hissəsindən başlayaraq yuxarıya doğru yayılan və elektrik cərəyanına bənzər hiss olunan ağrılar sadə baş ağrısı kimi qəbul edilməməlidir.
Nevroloq Sevinc Mirseyid Oxu24.com-a bildirir ki, bu tip şikayətlər çox vaxt oksipital nevralgiya ilə əlaqəli olur.Onun sözlərinə görə, bu vəziyyətdə problem beyində deyil, başın arxa hissəsini innervasiya edən sinirlərin qıcıqlanması və ya sıxılması ilə bağlıdır. Ağrı adətən boyundan başlayır, ənsədən keçərək başın təpəsinə, bəzən isə göz arxasına qədər yayılır. Xəstələr bu hissi əsasən yanıcı, sancıcı və ya “elektrik vururmuş kimi” təsvir edirlər.
Nevroloq qeyd edir ki, saç daramaq, başı yastığa qoymaq və ya boynu çevirmək kimi sadə hərəkətlər belə ağrını gücləndirə bilər. Bu isə problemin sinir mənşəli olduğunu göstərən əsas əlamətlərdən biridir.
Mütəxəssis vurğulayır ki, ən çox buraxılan səhvlərdən biri bu vəziyyəti miqren hesab edib uzun müddət yanlış müalicə almaqdır. Halbuki mexanizm fərqlidir və yanaşma da uyğun şəkildə dəyişdirilməlidir.
Sevinc Mirseyid əlavə edir ki, düzgün diaqnoz qoyulduqda müalicə mümkündür. Bu zaman konservativ üsullardan başlayaraq, ehtiyac olduqda sinir blokadalarına qədər müxtəlif effektiv yanaşmalar tətbiq edilir.
Sonda nevroloq tövsiyə edir ki, əgər ənsədən başlayan və yayılan bu tip ağrılar müşahidə olunursa, mütləq nevroloji müayinədən keçmək lazımdır. Çünki məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, onun əsas səbəbini müəyyən edib müalicə etməkdir.
Jalə
10:05 / 12 Noyabr 2026
92
09:51 / 12 Noyabr 2026
51
09:48 / 12 Noyabr 2026
50
09:42 / 12 Noyabr 2026
73
09:36 / 12 Noyabr 2026
61
09:22 / 12 Noyabr 2026
476
08:13 / 12 Noyabr 2026
195
08:05 / 12 Noyabr 2026
44
07:20 / 12 Noyabr 2026
126
03:10 / 12 Noyabr 2026
150
01:25 / 12 Noyabr 2026
259
00:55 / 12 Noyabr 2026
239
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
446
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
161
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
330
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
160
23:50 / 11 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.