Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
646
15.04.2026, 09:40
"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır".
Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, fəsil dəyişkənliyi və zəifləyən immunitet fonunda uşaqlar arasında hava-damcı infeksiyalarının artırıb:
“Fəsil dəyişməsi, havaların qeyri-stabil keçməsi, insanlarda mövsümi olaraq immunitetin nisbətən zəifləməsi uşaqlar arasında, xüsusən bağça və məktəblərdə hava-damcı üsulu ilə yayılan bu tip infeksiyaların artması üçün əlverişli şəraitdir Lakin, bu artımlar əhəmiyyətli dərəcədə deyil və təhlükəli hesab olunmur. Tezliklə havaların stabilləşməsi və temperaturunun artması qeyd olunan infeksiyaların yayılma səviyyəsinin azalacağını deməyə əsas verir. Bu infeksiyalar qısamüddətli olub immun sistemi normal olan insanlarda heç bir problem yaratmır. Lakin müxtəlif səbəblərdən immun defisiti olan şəxslər istisnadır, həmin insanlarda yüngül gedişli kəskin respirator virus infeksiyaları fəsadlı gedişlə müşayət oluna bilər".
O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən vəziyyətin stabilliyi nəzərə alınaraq heç bir məhdudlaşdırıcı tədbirlər görülmür.
"Yalnız insanların çox sayda toplandığı məkanlarda maskadan istifadə olunması tövsiyə olunur”,- deyə Təyyar Eyvazov vurğulayıb.
12:05 / 12 Noyabr 2026
32
11:55 / 12 Noyabr 2026
67
11:50 / 12 Noyabr 2026
69
11:36 / 12 Noyabr 2026
68
11:35 / 12 Noyabr 2026
78
11:34 / 12 Noyabr 2026
104
11:31 / 12 Noyabr 2026
77
11:24 / 12 Noyabr 2026
282
11:21 / 12 Noyabr 2026
74
11:19 / 12 Noyabr 2026
132
11:05 / 12 Noyabr 2026
84
11:00 / 12 Noyabr 2026
90
10:45 / 12 Noyabr 2026
105
10:39 / 12 Noyabr 2026
111
10:36 / 12 Noyabr 2026
96
10:27 / 12 Noyabr 2026
275
10:20 / 12 Noyabr 2026
103
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
240
09:51 / 12 Noyabr 2026
102
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
295
09:36 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.