Pərvanə Vəliyeva: Konstitusiya dövlətçilik iradəmizin hüquqi ifadəsidir
12 Noyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
35
12.11.2026, 11:36
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanın müasir dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət modelinin formalaşmasına möhkəm zəmin yaratdı. Bu tarixi sənəd xalqın suveren iradəsini, milli dövlətçilik ənənələrini və müasir dünyanın ümumbəşəri hüquqi prinsiplərini özündə birləşdirdi.
Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.
Millət vəkili bildirib ki,ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən edən fundamental dövlətçilik sənədidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
Məlum olduğu kimi, Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilib. Növbəti illərdə sovet hakimiyyəti dövrünün siyasi və hüquqi sisteminə uyğun olaraq 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiyalar qəbul olundu. 1978-ci ildə isə Konstitusiyanın hazırlanması zamanı Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu addım milli kimliyin və dilimizin dövlət səviyyəsində qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaransa da, ölkədə hökm sürən siyasi böhran və qeyri-sabitlik bu prosesə mane olurdu. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və müasir dövlət quruculuğunun həyata keçirilməsi üçün real imkanlar yarandı.
1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlət kimi hüquqi və institusional əsaslarının formalaşdırılması istiqamətində tarixi addım idi. Konstitusiya layihəsinin hazırlanmasına Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etməsi, onun ümumxalq müzakirəsinə çıxarılması və referendum yolu ilə qəbul olunması sənədin dövlətçilik tariximizdə xüsusi yerini müəyyənləşdirdi.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, mülkiyyət hüququ, söz və vicdan azadlığı, bərabərlik prinsipi Konstitusiyanın mühüm istiqamətlərinə çevrildi.
Ölkənin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarəti mexanizminin formalaşdırılmasında əhəmiyyətli mərhələ oldu.
İctimai-siyasi və iqtisadi dəyişikliklər nəzərə alınaraq Konstitusiyaya üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin, dövlət idarəçiliyinin və digər konstitusion institutların təkmilləşdirilməsini əhatə etdi. 2016-cı il referendumunda vitse-prezidentlik institutu da təsis edildi. Bu, dövlətin inkişaf mərhələlərinə uyğun hüquqi yenilənmə imkanlarının Əsas Qanunda ehtivası idi.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. Bununla da Konstitusiyanın Preambulasında bəyan edilmiş dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması niyyətləri yeni tarixi reallıqda öz təsdiqini tapdı.
Yeri gəlmişkən, Azərbaycanın Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları yer almayıb. Belə ki,
Azərbaycanın Əsas Qanununda ərazi bütövlüyü və suverenliyin qorunması açıq və konkret hüquqi müddəalarla təsbit edilib. Burada milli dövlətçilik irsi ilə ümumbəşəri hüquqi dəyərlər arasında əlaqə yaradılır.
Ermənistan Konstitusiyasının Preambulasında isə Müstəqillik Aktında əksini tapmış “ümummilli məqsədlərə” istinad Azərbaycana və Türkiyəyə qarşı açıq ərazi iddiaları deməkdir. Bu da yekun sülhün imzalanmasına maneə yaradan başlıca səbəbdir.
Bu təcrübə göstərir ki, Konstitusiya suverenliyə, sərhədlərin toxunulmazlığına və mehriban qonşuluğa əsaslanan münasibətlərin hüquqi təminatına xidmət edən sənəd olmalıdır.
Bu xüsusda 31 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyanın tarixi missiyası gələcək nəsillər üçün müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir.
Mehin Mehmanqızı
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
07:20 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.