Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
664
14.04.2026, 12:59
Yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi iddia edilir. Ağciyər xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Şevket Özkaya bildirib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variant çoxsaylı mutasiyalara malikdir və əvvəlki yoluxma və ya vaksinasiya nəticəsində formalaşmış immun müdafiəni daha asan aşa bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb.
Oxu24.com tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, COVID-19 pandemiyası rəsmi olaraq bitsə də, epidemioloji proses hələ də davam edir:
“Virus mutasiyaya uğramaqda davam edir və xüsusilə Omikron ştamının artıq bir neçə alt variantı yaranıb. Bu mutasiyalar fərqli davranış xüsusiyyətləri göstərə bilir. Məsələ ondadır ki, COVID artıq həyatımızın bir parçasına çevrilib və çox güman ki, uzun müddət bizimlə qalacaq. Hələ keçən əsrin 60-cı illərində heyvanlardan insanlara keçən zoonotik koronaviruslar bu gün də hər il soyuqdəymə tipli xəstəliklər törədir. Biz son onilliklərdə bu virus ailəsinin üç təhlükəli formasını müşahidə etmişik: SARS-1, MERS və SARS-CoV-2. Məhz SARS-CoV-2 qlobal pandemiyaya səbəb oldu. Hazırkı vəziyyət onu göstərir ki, COVID gələcəkdə də davam edəcək və ehtimal ki, qrip kimi mövsümi xəstəliklər arasında yer alacaq. COVID və qrip arasında oxşarlıqlar da az deyil. Yoluxma yolları, yayılma intensivliyi və simptomlar bir-birinə kifayət qədər yaxındır”.
13:00 / 12 Noyabr 2026
4
12:40 / 12 Noyabr 2026
45
12:25 / 12 Noyabr 2026
83
12:05 / 12 Noyabr 2026
88
11:55 / 12 Noyabr 2026
89
11:50 / 12 Noyabr 2026
107
11:36 / 12 Noyabr 2026
85
11:35 / 12 Noyabr 2026
95
11:34 / 12 Noyabr 2026
140
11:31 / 12 Noyabr 2026
93
11:24 / 12 Noyabr 2026
395
11:21 / 12 Noyabr 2026
90
11:19 / 12 Noyabr 2026
186
11:05 / 12 Noyabr 2026
95
11:00 / 12 Noyabr 2026
98
10:45 / 12 Noyabr 2026
112
10:39 / 12 Noyabr 2026
122
10:36 / 12 Noyabr 2026
107
10:27 / 12 Noyabr 2026
301
10:20 / 12 Noyabr 2026
109
10:18 / 12 Noyabr 2026
99
10:05 / 12 Noyabr 2026
277
09:51 / 12 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.