Vərəm nədən yaranır?
24 Mart 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
507
05.03.2026, 15:21
Bir iynə ilə arıqlamaq...Reallıq, risk, yoxsa reklam?
Bir vaxtlar sosial şəbəkələr və reklamlar detoks çayı, yağ yandıran qəhvə kimi məhsullarla dolu idi. Bu vasitələr çox vaxt su itkisi və ya iştahanın müvəqqəti azalması hesabına nəticə göstərirdi. Son zamanlar arıqlama üsullarındakı “trend”lər də dəyişib. Dünənə qədər “möcüzəvi” çaylar və kofelər ön planda idisə, bu gün diqqət mərkəzində arıqlama iynələri dayanır.
Sosial media səhifələrində hər gün gördüyümüz ideal bədən quruluşu bəzilərini daha asan yola sürükləyir. Bir iynəyə, bir ümidə, bir illuziyaya. Və bu illuziyanın ortasında artıq bədənimizin təbii dilini unudub, onu süni ritmə - kənar maddənin iradəsinə təslim edirik. Amma hər asan yolun gizli bir bədəl var...
Maraqlıdır, arıqlama iynələrinin qəbulundan sonra çəki geri qayıdırmı? Bu preparatların nə kimi ziyanları ola bilər?
Sualımızı cavablandıran endokrinoloq Kəmalə Gözəlova Oxu24.com-a açıqlamasında bildirib ki, bu iynələr əslində bağırsaqlarda təbii şəkildə ifraz olunan "peptid 1" hormununun sintetik analoqlarıdır:
Həmçinin oxuyun
"Bu preparatlar beyində toxluq siqnalını gücləndirərək iştahanı və qida qəbulunu azaldır. İynələrinə əks göstərişləri də var. Bunlardan qalxanabənzər vəzin medulyar xərçəngi, eyni zamanda öd daşının yaranmasını xüsusilə qeyd edə bilər. Bu preparatlar mədə boşalmasını ləngidir, yəni mədənin qidadan bağırsağa keçmə sürətini azaldaraq uzunmüddətli doyma hissi yaradır. Beləliklə, insan çəki verməyə başlayır. Bu iynələr yalnız çəki vermək üçün deyil, ürək qan damar sistemi, böyrək xəstəlikləri, qaraciyər xəstəliklərindən belə faydalı ola bilər. Lakin iynələrin həkim təyinatı və nəzarəti olmadan qəbulu ciddi fəsadlara yol açır".
Həkim qeyd edib ki, həyat tərzi dəyişmədən yalnız iynəyə güvənmək uzunmüddətli həll yolu deyil, sadəcə müvəqqəti nəticə verir:
"Arıqlama iynəsinin istifadəsindən sonra insanlar 10-15 kq hətta daha çox çəki atırlar. Bəs bu preparatların qəbulu dayandırıldıqdan sonra? Bir çox hallarda verilən kilolar artıqlaması il geri gəlir. Arıqlama iynəsi mütləq həkim təyinatı ilə vurulmalıdır və paralel olaraq dietoloq nəzarətində olmalıdır ki, xəstənin qidalanma rejimi tənzimlənsin, onda əzələ itkisi olmasın. Çünki əzələ itkisi təhlükəli haldır. Arıqlama iynələrinin istifadəsi dayandırıldıqdan sonra da xəstə düzgün qidalanma ilə həyatına davam etməlidir ki, itirilən çəkilər artıqlaması ilə geri gəlməsin".
Hazırladı: Yeganə
19:36 / 25 Mart 2026
9
19:26 / 25 Mart 2026
23
19:17 / 25 Mart 2026
83
19:11 / 25 Mart 2026
44
19:07 / 25 Mart 2026
92
19:04 / 25 Mart 2026
35
19:03 / 25 Mart 2026
39
18:59 / 25 Mart 2026
41
18:58 / 25 Mart 2026
146
18:47 / 25 Mart 2026
59
18:37 / 25 Mart 2026
440
18:36 / 25 Mart 2026
59
18:22 / 25 Mart 2026
55
18:19 / 25 Mart 2026
99
18:11 / 25 Mart 2026
57
18:02 / 25 Mart 2026
62
17:54 / 25 Mart 2026
80
17:46 / 25 Mart 2026
100
17:21 / 25 Mart 2026
894
17:19 / 25 Mart 2026
292
17:11 / 25 Mart 2026
260
16:10 / 25 Mart 2026
88
15:51 / 25 Mart 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.