Ksanatelazma nədir?
01 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1611
04.02.2026, 17:14
Başgicəllənmə həkimlərə edilən ən çox şikayətlərdən biridir və yaş artdıqca bu problemin rastgəlmə tezliyi də yüksəlir.
Həkim-nevroloq Qalib Əsədov Oxu24.com-a açıqlamasında bildirib ki, görə, statistik məlumatlara əsasən, 45 yaşlı şəxslərin təxminən 10 faizi başgicəllənmədən şikayət edirsə, bu göstərici 60 yaşdan sonra 40–45 faizə qədər yüksəlir.
Mütəxəssis bildirir ki, başgicəllənmə müstəqil xəstəlik deyil, çoxsaylı xəstəliklərin əlamətlərindən biridir. Bu zaman xəstəyə ətrafdakı sabit obyektlərin hərəkət etdiyi və ya özünün hərəkətdə olduğu hissi yaranır, tarazlıq pozulur, müvazinət itir və hərəkət çətinləşir.
Qalib Əsədov qeyd edir ki, tibb elmi başgicəllənməni yaranma səbəblərinə görə iki əsas qrupa ayırır: periferik və mərkəzi başgicəllənmə.
Periferik başgicəllənmə əsasən daxili qulaqda yerləşən vestibulyar aparatın pozğunluğu ilə əlaqədardır. Daxili qulaqda yerləşən yarımdairəvi kanalların içində maye və kristallar olur. Bədənin vəziyyəti dəyişdikdə bu kristallar hərəkət edir və müvafiq reseptorları qıcıqlandıraraq müvazinətin qorunmasını təmin edir. Lakin bəzi hallarda bu kanallarda “otolit” adlanan kristal yığıntılar əmələ gəlir və bu da güclü başgicəllənməyə səbəb olur. Bu hal tibbdə xoşxassəli paroksizmal başgicəllənmə adlanır və çox vaxt tərləmə, ürəkbulanma, bəzən isə qusma ilə müşayiət olunur.
Həkimin sözlərinə görə, periferik tipli başgicəllənmə Menyer xəstəliyi, daxili qulaq nevrinomaları, labirintit (labirintin iltihabı) və vestibulyar aparatın digər pozğunluqları zamanı da müşahidə oluna bilər.
Mərkəzi başgicəllənmə isə beynin müvazinəti idarə edən strukturlarının — beyincik, alın və gicgah paylarının zədələnməsi və ya funksional pozğunluqları nəticəsində yaranır. Dağınıq skleroz, beyin və beyincik şişləri, insultlar, beyin qanaxmaları bu tip başgicəllənmənin əsas səbəbləri sırasındadır. Eyni zamanda arterial təzyiqin, qanda şəkərin və ya hemoqlobinin aşağı düşməsi, ürək xəstəlikləri və beynin qanla təchizatının pozulması da mərkəzi başgicəllənməyə yol aça bilər.
Qalib Əsədov vurğulayır ki, başgicəllənmənin effektiv müalicəsi üçün ilk növbədə düzgün diaqnoz qoyulmalıdır. Çünki 70-dən çox xəstəlik var ki, onların əlamətlərindən biri başgicəllənmədir. Bunun daxili qulaq mənşəli sadə bir problem, yoxsa dağınıq skleroz və ya beyinciyin şişi kimi ciddi patologiya olub-olmadığını yalnız həkim müayinəsi və müvafiq müalicə taktikasının seçilməsi ilə müəyyən etmək mümkündür.
Hazırladı: Nigarxanım
12:10 / 02 Oktyabr 2026
1
12:06 / 02 Oktyabr 2026
11
12:05 / 02 Oktyabr 2026
16
12:04 / 02 Oktyabr 2026
21
11:57 / 02 Oktyabr 2026
48
11:52 / 02 Oktyabr 2026
38
11:40 / 02 Oktyabr 2026
187
11:30 / 02 Oktyabr 2026
49
11:25 / 02 Oktyabr 2026
64
11:19 / 02 Oktyabr 2026
49
11:11 / 02 Oktyabr 2026
54
11:10 / 02 Oktyabr 2026
53
11:05 / 02 Oktyabr 2026
66
11:02 / 02 Oktyabr 2026
233
10:54 / 02 Oktyabr 2026
51
10:51 / 02 Oktyabr 2026
237
10:46 / 02 Oktyabr 2026
56
10:28 / 02 Oktyabr 2026
59
10:10 / 02 Oktyabr 2026
69
10:05 / 02 Oktyabr 2026
69
09:59 / 02 Oktyabr 2026
57
09:53 / 02 Oktyabr 2026
607
09:51 / 02 Oktyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.