Azərbaycanın sevimli türkəçarə metodu olan, az qala bütün xəstəliklərə dərman kimi bilinən belə tibbi banka qoymaq tibbdə birmənalı qarşılanmır.
Medicina.az xəbər verir ki, bir çox həkimlərin belə faydasını inkar etmədiyi banka metodu bir sıra xəstəliklərdə qəti olmaz.
Amma evdə bunlar nəzərə alınmadan uşaqdan yaşlıya çoxu bankalanır.
Qeyd edək ki, banka qoyulması havanın temperaturu 37-ni keçən kimi əks göstərişdir. Yəni isti yay aylarında bu prosedur olunmamalıdır.
Bu xəstəliyi olanlara isə banka zərərlidir və olmaz:
-Yüksək təzyiqi və ürək xəstəliyi olanlara – bankalar dərini vakuum sıxdığına görə damarlar sıxılır, göyərir. Bu insanlarda göyərmə, damarların belə reaksiyası ağır fəsadlar verə bilər
-Dərinin infeksion xəstəliklərində - ekzema, psoriaz, furunkul və s. – bu zaman banka qoyulması mikrob və infeksiyanın daha da yayılmasına səbəb olar
-İstənilən xoş və bədxassəli şişləri olanlara
-Laringit, bronxitdə
-Allergiyası olanlar
-Zob və hormonal pozuntularda
-Hamiləlik
-Qan laxtalanmasının zəifliyi
-Qızdırma zamanı
-Psixi və sinir pozuntuları
-Vərəm və pnevmoniya
-Onurğada törəmə və böyük yırtıqlar
Oxu24.com
ŞƏRHLƏR