Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14233
az

Ürək əməliyyatı zamanı xəstənin döş qəfəsində yanğın çıxdı – Cərrahlar alovu sondürüblər

19:5405 İyun, 2019
1273
TİBB
  • A
 
Avstraliyada ürəkdə əməliyyat zamanı aortanın partlaması nəticəsində xəstənin döş qəfəsindən alov çıxıb. Tibbdə nadir olay olan bu hadisə zamanı həkimlər özlərini itirməyib.

Medicina.az xəbər verir ki, cərrahlar alovu söndürərək, arteriyanı tikə biliblər.
Bu barədə Avropa Anesteziologiya konqresində məruzə olunub.

Belə ki, 60 yaşlı kişinin üzərində aparılan aorta əməliyyatında arteriyanın daxili qatının cırılması baş verib. Xəstə həm də uzun müddət idi XOBL-ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkirmiş.

Alova səbəb ağciyər toxumasının ayrılması zamanı bull divarının zədələnməsi və ordan havanın sızması idi. Xəstənin tənəffüsünün dayanmaması üçün ona təmiz oksigen verilir.

Ürəkdə əməliyyat zamanı qanaxmanı saxlamaq üçün istifadə olunan elektrokauterin quru pambıq tamponla qığılcımlanması nəticəsində təmiz oksigenin də təsirindən alovlanma baş verib.

Alov xəstəyə əlavə zərər verməyib. Cərrahlar yanğını söndürüb, əməliyyata davam ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər – Gecə bu saatda oyanmaq...
Bu əlamətlər varsa, ağ ciyər xərçəngindən ŞÜBHƏLƏNİN
Çox tərləyən adamlarda bu xəstəliklər var - DİQQƏT!

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı