Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1751
13.07.2025, 09:45
ABŞ-də aparılan yeni elmi araşdırma beynin gerçəklə xəyalı ayırmaqda necə işlədiyini ortaya qoyub.
Oxu24.com xəbər verir ki, alimlər müəyyən ediblər: beyin həm gördüyümüz, həm də sadəcə təsəvvür etdiyimiz zaman eyni sahələri - xüsusilə fusiform girus adlı hissəni aktivləşdirir. Bu o deməkdir ki, beyin üçün təsəvvürlə reallıq arasında fərq çox da aydın deyil.
Əsas fərq siqnalın gücündədir: əgər fusiform girusa zəif impuls göndərilirsə, beyin bunu xəyal kimi qəbul edir. Siqnal güclü olduqda isə həmin görüntü real hesab olunur.
Təcrübə zamanı iştirakçılara bəzən real xətlər göstərilib, bəzən isə onlardan bu xətləri təsəvvür etmələri istənilib. Proses fMRI cihazı ilə izlənilib. Alimlər həm real, həm də xəyal şəkillərində beyindəki eyni bölgənin aktiv olduğunu görüb.
Maraqlı məqamlardan biri də odur ki, anterior insula adlı başqa bir beyin sahəsi bu siqnalları təhlil edərək görüntünün real olub-olmadığına qərar verir.
Araşdırmanın müəllifləri bildiriblər ki, bu yanaşma gələcəkdə halüsinasiyalarla bağlı müalicə yollarının araşdırılmasına da töhfə verə bilər.
Alim Tomas Peysin sözlərinə görə, bəzən beyin yalnız siqnalın gücünə baxaraq "bu doğrudur" qərarı verir. Yəni xəyal kimi qəbul etdiyimiz bəzi şeylər, əslində beynin onu "real" kimi qiymətləndirməsinin nəticəsi ola bilər.
Hazırda tədqiqat yalnız sadə şəkillərlə aparılıb, lakin alimlər növbəti mərhələdə daha mürəkkəb obrazlarla - insanlar, əşyalar, heyvanlarla da testlər keçirməyi planlaşdırır.
11:48 / 14 Oktyabr 2026
23
11:46 / 14 Oktyabr 2026
55
11:45 / 14 Oktyabr 2026
43
11:33 / 14 Oktyabr 2026
39
11:33 / 14 Oktyabr 2026
73
11:22 / 14 Oktyabr 2026
49
11:21 / 14 Oktyabr 2026
73
11:09 / 14 Oktyabr 2026
83
11:07 / 14 Oktyabr 2026
58
11:00 / 14 Oktyabr 2026
74
10:59 / 14 Oktyabr 2026
61
10:59 / 14 Oktyabr 2026
67
10:49 / 14 Oktyabr 2026
87
10:42 / 14 Oktyabr 2026
63
10:42 / 14 Oktyabr 2026
241
10:36 / 14 Oktyabr 2026
1546
10:33 / 14 Oktyabr 2026
57
10:28 / 14 Oktyabr 2026
63
10:27 / 14 Oktyabr 2026
206
10:21 / 14 Oktyabr 2026
59
10:14 / 14 Oktyabr 2026
74
10:04 / 14 Oktyabr 2026
72
09:57 / 14 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.