Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
2648
24.12.2024, 13:17
Oxu24.com oxuculara burun əməliyyatı zamanı faydalı olacaq məlumatları təqdim edir:
Revizion Rinoplastika nədir ?
Mövzu ilə bağlı Oxu24.com saytına danışan tanınmış lor,plastik cərrah Sənan Mehdiyev bildirib ki, revizion rinoplastika və ya təkrar rinoplastika öncədən əməliyyat olunmuş burunda yaranmış arzu olunmaz nəticələri aradan qaldırmaq ücün aparılan əməliyyata deyilir. Revizion rinoplastikanın çətinliyi birinci dəfə əməliyyat olunmuş burunda yaranmış arzu olunmaz nəticələrin həcminden aslıdır.
Revizion əməliyyatlarda əksər hallarda əlavə qığırdağlara ehtiyyac duyulur . Bu qığırdaqlar da adətən qabırğadan və ya qulaqdan alınır. Bu əməliyyatları icra etmək ücün də iki metod var: qapalı və ya açıq. Əksər hallarda cərrahlar açıq üsula üstünlük verirlər. Amma biz bu əməliyyatları daha cox qapalı üsul ilə bərpa etməyə calışırıq . Bunun səbəbi isə qapalı üsulda burun anatomiyası çox dağılmadıqından əlavə qığırdaqlara daha az ehtiyac duyulur.
Biz qapalı üsulla əməliyyat edərkən xəstəni qabırğa və ya qulaq zədələnməsindən qorumuş oluruq . Bu zaman qabırğa və ya qulaqdan alınmış qığırdaqlar buruna yerləşdirildikdən sonra bir çox fəsadlar yarana bilər. Məsələn qığırdaqların deformasiya olub əyilməsi və ya tamamilə sorulma riski böyükdür. Bu ağırlaşmalar həm ilk günlərdə , həm də bir neçə ay sonra yarana bilər. Bu riskləri nəzərə alaraq , daha uzun müddətli yaxşı nəticə əldə etmək üçün biz qapalı üsula üstünlük veririk. Bu da bizi əlavə qığırdaqlardan istifade etmək ehtiyacımızı azaldır.
Məsələn bu fotolardakı pasiyentlərə əksər klinikalarda qabırğa qığırdaqı ilə bərpa etməyi təklif etmişdilər . Amma biz qapalı üsulla bu burunları əlavə qığırdaq istifadə etmədən bərpa etdik. Buyurun nəticələri sizlərlə bölüşürük.
Mobil telefon: (+99450) 333 33 65 (whatsapp)
İnstaqram hesabı: dr_sanan_mehdiyev



10:28 / 21 Noyabr 2026
1
10:27 / 21 Noyabr 2026
6
10:00 / 21 Noyabr 2026
58
09:42 / 21 Noyabr 2026
81
09:38 / 21 Noyabr 2026
70
09:35 / 21 Noyabr 2026
62
09:33 / 21 Noyabr 2026
73
09:03 / 21 Noyabr 2026
77
00:12 / 21 Noyabr 2026
177
23:31 / 20 Noyabr 2026
175
23:23 / 20 Noyabr 2026
176
23:06 / 20 Noyabr 2026
189
22:45 / 20 Noyabr 2026
169
22:35 / 20 Noyabr 2026
183
22:22 / 20 Noyabr 2026
194
22:01 / 20 Noyabr 2026
184
21:52 / 20 Noyabr 2026
186
21:48 / 20 Noyabr 2026
174
21:21 / 20 Noyabr 2026
185
20:50 / 20 Noyabr 2026
241
20:40 / 20 Noyabr 2026
343
20:33 / 20 Noyabr 2026
189
20:25 / 20 Noyabr 2026
474
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.