Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11419
az

Polikistoz zamanı overial drillinq əməliyyatı

17:1629 Mart, 2019
1229
TİBB
  • A
 
Yumurtalıqların polikistozu səbəbi ilə sonsuzluq zamanı Overial drillinq (pəncərə açılması) əməliyyatı

Overial drillinq ovulasiyanı yəni, yumurtlamanın pozğunluğu olan  polikistik over sindromu olan  (Şteyn Levental sindromunda)  xəstələrdə  ovulyasiyanı nizamlamaq və nəticədə hamiləlik şansını artırmaq üçün icra olunan cərrahi əməliyyatdır.

Overial drillinq həm açıq, həm də laproskopik yolla icra olunur. Polikistik over (polikistoz) sindromlu xəstələrdə disamnoreya olur yəni, adət xəstəlenmələri nizamsız olur.

Overial drillinq əməliyyatından sonra xəstədə normal amnoreya qeyd olunur və xəstədə testestoron səviyyəsi enir. Testesteron səviyyesinin azalması xəstədə tüklənmənin azalmasına səbəb olur.

Polikistik over xesteliyi zamanı ovulasiya (yumurtlama ) olmur və ya nizamlı surətdə olmur. Hamiləliyin olmaması da bu səbəbdəndir. Bu proses xəstədə hormonal disbalansa səbəb olaraq adətən testestoron və inusulin səviyyələrini artırır. Bu hormonlar isə qadında piylənmə və tüklənmənin yaranması, səsin kobudlaşmasına səbəb olur.

Bu sindrom zamanı aşağıdakı dərman preparatları effektli olur:

1.Kontraseptivlər-bunla polikistik over sindromunda adətləri nizma salsada xəstənin hamilə qalmasınında qarşısını aldığı üçün tam effekt olmur.

2. Klomifen preparatı da bu patologiyada yaxşı effekt verir.

3. Metformin inusulin səviyyəsi yüksək olan xəstələrdə effektli olur.  

Polikistoz zamanı overial drillinq əməliyyatı
Testestoron səviyyəsinin yüksək olmasının əlamətləri nədir?

Testestoron kişi hormonu olduğu üçün qadında yüksək olduğu vaxt, bədəndə tüklənməyə,  piylənməyə,səsin kobudlaşmasına və disamnoreyaya – adətin qeyri normal olmasına səbəb olur. Nəticə olaraq xəstədə normal ovulasiya olmadığı üçün hamiləlik olmur.

Overial  drillinq nədir?

Polikistozlu xəstələrin yumurtalıqları tipik olaraq normal yumurtalıqlardan fərqli olaraq, daha qalın xarici səthə malik olur və daha çox testesteron sintez edir. Overial drillinq əməliyyatı zamanı polikistozlu yumurtaliğın qalın divarı dəlinir və aparılan xəttlər vasitəsi ilə ovulasiyanı təmin etmək üçün qalın divar zəiflədilir, mövcud olan kistlər ləğv olunur. Aparılan bu prosedurdan sonra yumurtalıqların testesteron sintezi azalır. Əməliyyat laproskopik yolla icra olunur və bu zaman kiçik kəsik aparılır. Əməliyyatdan sonra izi qalmır.

Polikistoz zamanı overial drillinq əməliyyatı
Overial  drillinqin hamilə qalmağa köməyi varmı ?

Əməliyyatdan sonra adət nizamlanır və digər ginekoloji problem yoxsa, hamilə qalmaq üçün şans yüksəkdir. Overial drillinq dən sonra bir il içində xəstələrin 50% hamilə qalır. Sonrakı ikinci ildə xəstələrin 80-85 % hamilə qalır.

Bəzənsə əməliyyatdan sonra xəstədə yumurtlama düzəlsədə xəstəd adət düzənsizliyi davam edir.

Əməliyyat nə qədər davam edir?

Əməliyyat ümumi keyitmə ilə təxminən 30-40 dəqdə icra olunur.

Xəstəxanada neçə gün qalmaq lazım gəlir?

Xəstə xəstəxanada adətən bir gün qalır.

Cərrahi əməliyyat artıq Azərbaycanda da laproskopik yolla tam muasir standartlara uyğun icra olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi