Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11405
az

Kişilərdə intim zamanı erkən boşalma ciddi xəstəlikdir - Həkim müalicə üsulunu açıqladı

12:1729 Mart, 2019
16796
TİBB
  • A
 
Bu artıq tibbi deyil, həm də sosial problemə çevrilib

Gənc ailələrdə yaranan problemlərdən biri də cinsi əlaqə zamanı baş verən erkən eyakulyasiyadır. Erkən eyakulyasiya - kişilərdə sperma xaricolmanın həddindən tez (3 dəqiqədən az ) baş verməsidir. Bu hal normal potensiyalı kişinin orqazmı idarə edə bilməməsi nəticəsində yaranir. Yəni, eyakulyasiya cinsi əlaqə zamanı hər iki tərəfin istədiyindən tez bas verir. Erkən eyakulyasiya (boşalma) kişi seksual problemləri arasında ən geniş yayılmışlardan biridir. Bu zaman eyakulyasiya üzərində iradi nəzarət itir. Belə halda hər iki tərəfdə narazılıq əmələ gəlir.
Tez eyakulyasiya istənilən kişinin həyatında baş verə bilər. Bunun səbəbləri müxtəlif ola bilər - uzun müddət cinsi əlaqədə olmamaq, ilk cinsi əlaqə, qarsı tərəfin həddindən artıq ehtiraslı olması, uzun müddət masturbasiyadan istifadə etmək, psixoloji və endokrin pozğunluqlar, sidik-cinsiyyət sisteminin müxtəlif xəstəlikləri və digər bu kimi oxşar hallar.

Cinsi əlaqə zamanı hər iki tərəf həm fizioloji,həm də psixoloji olaraq həzz almalıdır. Əyər hər hansı səbəblər üzündən bu baş verməzsə, tərəflər arasında narazılıq, ailələrdə isə bəzən ayrılmaq təhlükəsi yarana bilər.

Erkən boşalma baş verdikdə insan bunu daima fikirləşərək narahat olur: o öz qadınına istədiyi həzzi verə bilmir və deməli, onun fikrinə görə o tam normal kişi deyil. Çox maraqlıdır ki, erkən eyakulyasiyanı qadınlar daha tez anlayırlar. Buna görə də erkən boşalma tək tibbi problem deyil, həmçinin sosial bir problemə çevrilib. Buna gorə də belə problemi olan kişilərdə belə bir sual oyanır: bu bəladan necə can qurtarmalı?
Erkən boşalmaları gedişatına görə həqiqi ve nisbi formalara bölmək olar. Həqiqi erkən eyakulyasiya cinsi aktın 2 dəqiqədən az vaxtda sona çatmasidir. Nisbi formada cinsi akt 2 dəqiqədən çox çəkir, amma bu vaxt tərəflərin hər ikisinin razı qalması üçün bəs etmir. Erkən eyakulyasiya kişilərin təxminən 35-40 faizində rast gəlinir. Ən çox cavan yaşlarda müşahidə olunur.

 
Spirtli içki və eyakulyasiya

Tibbdə erkən eyakulyasiyanı həmçinin birincili və ikincili formalara bölürlər. Birincili hal cinsi həyata təzə başlayan kişilərdə baş verir və bu həddindən artiq ehtirasin olmasi, birinci cinsi akt, ardicil olmayan cinsi əlaqə və s. ilə əlaqəli olur. Bu hal adətən cinsi əlaqələr ardıcıl olduqdan sonra normaya düşür. İkincili formada erkən eyakulyasiya fizioloji və psixoloji dəyişikliklər nəticəsində əmələ gəlir. Belə hallar kişilərdə psixoloji pozğunluq, cinsi əlaqədən ugursuzluq olacaq deyə qaçmaqla nəticələnir ki, bu da ailənin dağılmasına belə gətirib çixara bilir.

 

Fizioloji səbəblərdən biri penisin baş hissəsinin həssasliğının artmasidır ki, bu hal əsas və ən çox yayilmiş səbəblərdən biridir. Bu hal həm anadangəlmə, həm də qazanılmış ola bilər (fimoz, balanopostit və s.). Anadangəlmə halında asağıdakı hallar müşahidə olunur: cinsi aktın davam etmə müddəti həmişə eyni olur, ereksiyanin tez baş verməsi, normadan kənarlıq cinsi əlaqələr zamanı bütün ömür boyu baş verir, növbəti cinsi əlaqə zamanı bir qədər vaxt uzanır, amma bu vaxt çox az fərq edir, cinsi əlaqə rezin qoruyucu ilə adi haldakından vaxta gorə daha uzun olur, eyakulyasiya cinsi aktin əvvəlində baş verir, çox az spirtli içki qəbulu cinsi aktin uzanmasına gətirib çixarır.
Fizioloji dəyişikliklərin digər növü xroniki vezikulitdir ki, bu da toxum kisəciklərinin xəstəliyidir. Bu halda kisəciklərin divarı həddindən artiq həssas olur, ən kicik bir qiciğa belə kəskin cavab verərək eyakulyasiya yaradir. Vezikulitlə bağlı erkən eyakulyasiya zamani asağidakı hallar baş verir: prosesin dalğavari getməsi, xəstəliyin tədricən kəskinləşməsi, eyakulyasiyanın çox vaxt cinsi akta qədər baş verməsi, növbəti aktların birinciyə nisbətən bir az uzun olması, spirtli içkilərin qəbulu nəinki prosesi gecikdirir, əksinə daha da tezləşdirməsi, eyakulyasiyanın bəzən ağrılı olması, cinsiyyət orqanının başı müxtəlif keyləşdiricilərdən istifadə etdikdə fərqin olmaması və s.
Vezikulit çox vaxt prostat vəzidə olan proseslə paralel gedir. Ona gorə də belə hallarda kompleks mualicə aparılmalıdır. Amma tək prostatit erkən boşalmaya səbəb ola bilər. Bu zaman prostatitin digər simptomları ilə yanaşı erkən eyakulyasiya da əsas şikayətlərdən olur.

Sinir gərginliyinin cinsi əlaqəyə təsiri

Sidik-cinsiyyət sisteminin digər xəstəliklərinə uretrit, sistit, orxit, epididimit, böyrək daşı xəstəliyi, hiperaktiv sidik kisəsi, pielonefrit, kolikulit (toxum qabarcığının iltihabı) ve digərləri daxildir. Daxili orqanların həyat fəaliyyətinin pozulmasi (kortikal və subkortikal strukturda qazanılmış və ya anadangəlmə pozğunluqlar, onurğanın bel-oma nahiyəsində zədələnmələr, uroloji iltihab prosesləri, sümüklərin və qarın boşluğu orqanlarının travmasi və s.) da tez boşalmaya səbəb ola bilər. Hormonal dəyişikliklər, hormonal disbalansın istənilən mərhələsində erkən eyakulyasiyaya təkan verən amil ola bilər: xayalarda, hipofiz, hipotalamus, böyrəküstü vəzi, qalxanvari vəzin funksiyasının artması, mədəaltı vəzi, kuper vəziləri, uretranın selik vəziləri və s.
 

Müxtəlif zəhərli maddələr - spirtli içkilər, nikotin, bəzi dərman preparatları erkən eyakulyasiyaya səbəb ola bilər.

Psixoloji dəyişikliklər səbəbindən baş verən eyakulyasiyaya isə aşağıdakılar aiddir: birinci cinsi əlaqə, ugursuzluqdan sonra qorxu, növbəti əlaqələrdə bunun təkrar olmasından çəkinmək, bunun sirr olaraq qalması ücün növbəti əlaqədən qaçmaq, tərəflər arasında inamın itməsi (bu hal günün çox hissəsini ancaq seks haqda fikirləşən kişilərdə büruzə verir), hər iki tərəf arasında ümumi anlaşmanın itməsi, xəyanət və s.
 
Xroniki sinir gərginliyi səbəbindən yaranan eyakulyasiya isə adətən bütün gün ərzində fiziki və zehni işlə məşğul olaraq istirahətə vaxt ayırmayan kişilərdə baş verir. Cavan yaşlarda tələsik cinsi aktlar və ya masturbasiyalardan sonrakı şərti refleks, cinsi aktı təcrübəsizlik ucundan idarə etmə təcrübəsinin olmaması, növbəti ugursuzluq qorxusu, çox erkən cinsi həyat buna misal ola bilər.

Psixogen mənşəli pozğunluqda cinsi aktin gedişatı asağıdakı kimi olur: cinsi aktlar arasındakı vaxt çox uzun çəkir, cinsi aktın müddəti müxtlif qadınlarla müxtəlif olur, növbəti aktin ereksiyanın zəif olması üzündən alınmaması, erkən eyakulyasiya çox vaxt cinsi zəifliklə bir yerdə baş verir, əlaqə zamanı fikri başqa tərəfə yönəltməklə aktın nisbətən uzadılması, çox az miqdarda spirtli içki vəziyyəti kəskin yaxşılaşdıra bilər və s.
 

Qazanılmış və ya anadangəlmə hiperaktivlik ( çox vaxt idmançılarda yüngül atletlərdə, üzgüçülərdə, futbolçularda, gimnastlarda, güləsçilərdə, boksçularda, velosipedçilərdə, ağır atletlərdə və s.) hiperhərəkətlilik, ətraf mühitə qarsı reaksiyaların həddindən artıq yüksək olması da erkən boşalmaya səbəb ola bilər.
 

Müalicə üsulları

Erkən eyakulyasiyanın müalicəsi bir neçə mərhələdə aparılır: psixoterapevtik (bu vaxt xəstəyə cinsi akt üzərində nəzarətin idarə edilməsi izah olunur), medikamentoz müalicə (prostat vəzi və toxum qabarcığının iltihab prosesində, sinir sistemində həddindən artıq oyanıqlıq, penisin baş hissəsinin həssaslığının həddindən artıq olması, erektil disfunksiyalar və s.)

Hazırda erkən eyakulyasiyanın 5 müalicə üsulu var:

1. Yerli müalicə və seksterapiya
2. Farmakoterapiya
3. Refleksoterapiya
4. Psixoterapiya
5. Cərrahi yol

Amma bəzən eyakulyasiya 2-3 dəqiqə çəkməsinə baxmayaraq, hər iki tərəf seksual həzz ala bilirlər. Bu zaman erkən eyakulyasiya hər iki tərəfin razı qalması ilə nəticələndiyindən xəstəlik hesab edilməyə bilər və müalicəyə də ehtiyac duyulmaz.
Belə hallar yaşayan bütün kişilərə məsləhətim vaxtında həkimə müraciət edərək erkən boşalmanı yaradan səbəbləri aradan qaldırmaqdır.

Seksopatoloq Şahin Bədəlov Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi