Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11097
az

Beyindən qanı oğurlayan damar sindromu - Gözü qaralır, qolu keyləşirdi

22:1119 Mart, 2019
788
TİBB
  • A
Bakıda növbəti uğurlu beyin-damar əməliyyatı icra olunub.

Oxu24.com bildirir ki, başgicəllənmə, göz qaralması, sol qolunda keyləşmə və sol qol təzyiqinin çox zəif olması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada 90% darlıq aşkarlanıb.
 
Eləcə də beyincik arteriyasının tərs axın ilə beyindən qanı oğurlayaraq (oğurlama sindromu) qolun qidalanmasına yardımçı olduğu müşahidə edilib. Bu səbəbdən beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Ahmet MEMİŞ tərəfindən bud arteriyasından 2 mm-lik dəliklə icra edilən endovaskulyar əməliyyat zamanı daralmış arteriyaya stent+angioplastika ilə 100% damar açıqlığı təmin edilib, qola və beyinciyə gedən qan axını bərpa olunub.

Xəstənin şikayətləri tam aradan qaldırılıb və hər iki qol təzyiqi bərabərləşdikdən sonra pasiyent əməliyyatın səhəri günü sağlam şəkildə evə yola salınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı