Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10785
az

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - Əsəbi zəif olanlar baxmasın!

11:0412 Mart, 2019
797
TİBB
  • A
 

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Ağciyər Cərrahiyyə Mərkəzində 7 yaşlı oğlan uşağı son anda ölümün əlindən xilas olunub.

Oxu24.com   xəbər  verir ki,  2 həftə öncə qrip infeksiyası keçirmiş 7 yaşlı oğlanda valideynlərin səhlənkar yanaşması və düzgün müalicə olunmaması səbəbindən ağciyərlərin destruktiv pnevmoniyası başlamış, daha sonra xəstəlik daha da dərinləşərək ağciyərin dağılmasına, irinli empiyema və pnevmatoraks kimi ölümcül vəziyyətə gətirib çıxarmışdır.

Uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib.  Kompüter tomoqrafiyası zamanı məlum oldu ki, ağciyər destruksiyaya uğrayıb. Uşaqda artıq ağciyər çatışmazlığı və sepsis inkişaf edib. Ona görə uşaq təcili əməliyyata alınır.

 

Əməliyyatı icra edən torakal cərrah, t.e.n Cəmil Ələkbərov bildirdi ki,  əməliyyatla ağciyərin çürümüş–dağılmış hissələri rezeksiya olunaraq xaric edildi, irin təmizləndi, normal tənəffüs bərpa olundu.  Uşağın plevra boşluğuna drenaj yeridilərək, 1 litrə qədər irin xaric olundu.

Hazırda uşağın vəziyyəti qənaətbəxşdir.

İrindən götürülmüş nümunə analizə göndərilib, ondan sonra hansı virusun bu xəstəliyi törətdiyi məlum olacaq”.

Həkim bildirdi ki, bəzən sıradan qrip hesab etdiyimiz bir xəstəlik belə ağır nəticələrə səbəb olur. Ona görə valideynlər uşağın ağciyərlərini diqqətdə saxlamalı, vaxtında həkimə müraciət etməlidirlər ki, letal sonluq olmasın.
 
Əməliyyatdan videonu təqdim edirik:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ