Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1907
18.06.2021, 17:10
Artıq dünyanın bir çox ölkəsində toyların keçirilməsinə icazə verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar.
Azərbaycanda isə bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib, şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.
Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən çox tanınanları isə müğənnilərdir. Onlar tezliklə toyların açılmasını tələb edir, mövcud vəziyyətdən gileylənirlər.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev isə həmkarlarından bir qədər fərqli düşünür. Müğənni hesab edir ki, toyların keçirilməsinə icazə verilməsi xəstəlik sayına təsir edəcək:
"Əgər toylara hələ də icazə yoxdursa, deməli məsləhət deyil, insanlar yenidən yoluxa bilərlər, xəstəlik sayı yenidən arta bilər. Bilirsiniz, bəzən tamah insanları elə yerə aparıb çıxarır ki, heç ağlınıza da gəlməz. Ağıllı insanlar bir tikə çörəyi duza batırıb yeyər ki, təki belə şəraitdə xəstəlik yaymasınlar. Ona görə biz bir müddət də səbr etməliyik. Gözləyək, nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər".
Sənətçi şou əhlinin əksəriyyətinin qonşu ölkə - Rusiyaya üz tutub, oradakı həmyerlilərimizin toylarında çıxış etməsinə də münasibət bildirib:
"Rusiyaya gedən həmkarlarımı bəzən tənqid edənlər də tapılır. Buna gərək yoxdur. Demək ki, pula ehtiyacları var deyə gedirlər, mənim də ehtiyacım olsa, gedərəm. Yaxud da ola bilər ki, həmin sənətçilərə yüksək tələbat var, onlar da gedir. Onlar da bir parça çörəklərini qazanrlar, burda pis nə var axı? Amma bir məsələ var ki, bizdə vəziyyə yaxşı olsa da, Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb. Oradakı həmyerlilərimiz daha böyük risk altındadırlar, yoluxa bilərlər. Mənim həmkarlarıma yeganə məsləhətim o olar ki, ehtiyyatlı olub, özlərini qorusunlar. Sağ-salamat ruzilərini qazanıb, vətənə geri dönsünlər".
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.