Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1395
14.06.2021, 18:26
“Həyatımda Rozanı 4 dəfə görmüşəm. Onunla ailəvi gediş-gəlişimiz yoxdur. Roza evimdə olmayıb. O, ünvanımı bilmir”.
“Oxu24.com” xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli “ATV Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında həmkarı Roza Zərgərli haqda söyləyib. Sənətçi R.Zərgərlinin “Rəhimin evində qonaq da olmuşam. Anasının əllərindən öpürəm” sözlərinə münasibət bildirib:
İfaçı R.Zərgərlinin “ Bir musiqi qrupu ilə mübahisə etdim. Rəhim onları mənə qarşı qızışdırdı. Dedi ki, mən sizə şərait yaradıram, çıxın onu yıxıb-sürüyün” iddialarına da cavab verib:
“Düz deyir. Elə bir şey etmişəm. Mənə qrupdan zəng gəldi. Dedilər ki, biz Roza xanımın konsertində idik. Pulumuzu vermədi. İşlətdi, çapdı,taladı, amma qonorar ödəmədi. Dedim, ola bilməz. Çünki o konsertdə mən də iştirak etmişəm. Bilirəm ki, Rozanın imkanı yaxşıdır, studiyası, maşını və sair var. Amma and içdilər ki, vermədi. Söylədim ki, kim olursa, olsun, pulunuzu ödəməyibsə, yıxıb-sürüyün. O insanı yerlə bir edərəm. Musiqiçinin pulunu ödəməmək nə deməkdir?! Bildiyimə görə, indiyənə qədər pulunu verməyib”.
R.Rəhimli verilişdə həmin musiqiçilərdən birinə zəng edib. O da hələ də R.Zərgərlidən pulu ala bilmədiklərini təsdiqləyib. Rəhim isə onun əvəzindən musiqiçilərin pulunu ödəyib, jest edə biləcəyini xüsusi vurğulayıb:
“Musiqiçinin pulunu ödəməmək yaxşı deyil. Rozaya nə olub? Allah şəfasını versin”.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.