Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
5721
07.05.2021, 01:22
Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib.
"Oxu24.com" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.
Arif Quliyev 1950-ci il mayın 16-da anadan olub. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə İncəsənət İnstitutunu bitirib.
Arif Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qayınana", "Lift əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb.
Allah rəhmət eləsin!
11:55 / 12 Noyabr 2026
7
11:50 / 12 Noyabr 2026
14
11:36 / 12 Noyabr 2026
44
11:35 / 12 Noyabr 2026
51
11:34 / 12 Noyabr 2026
42
11:31 / 12 Noyabr 2026
54
11:24 / 12 Noyabr 2026
215
11:21 / 12 Noyabr 2026
52
11:19 / 12 Noyabr 2026
71
11:05 / 12 Noyabr 2026
66
11:00 / 12 Noyabr 2026
81
10:45 / 12 Noyabr 2026
98
10:39 / 12 Noyabr 2026
103
10:36 / 12 Noyabr 2026
90
10:27 / 12 Noyabr 2026
255
10:20 / 12 Noyabr 2026
96
10:18 / 12 Noyabr 2026
87
10:05 / 12 Noyabr 2026
217
09:51 / 12 Noyabr 2026
98
09:48 / 12 Noyabr 2026
99
09:42 / 12 Noyabr 2026
276
09:36 / 12 Noyabr 2026
109
09:22 / 12 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.