Xalq artistinin müğənni qızı nişanlandı - Video
11 May 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1892
06.07.2020, 10:44
Ötən həftə "Fairmont otel”də dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib.
OXU24.com xəbər verir ki, o videomüraciət yayaraq deyib ki, çox peşmandır: "Biz nə vəzifəmizlə, nə də statusumuzla kimdənsə fərqlənirik.
Hamımız eyniyik. İstirahət etdiyim zaman çəkdirdiyim şəkillər paylaşılmışdı. Bununla bağlı hər kəsdən üzr istəyirəm. İlk olaraq isə çalışdığım telekanalın rəhbərliyindən üzr istəyirəm, bir də olmayacaq”.
Qeyd: Daxili İşlər Nazirliyinin iyulun 5-də yaydığı məlumata əsasən, Bakının Səbail rayonunda "Fairmont otel”də xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır.
Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.
20:28 / 14 May 2026
1
20:19 / 14 May 2026
11
20:16 / 14 May 2026
33
20:15 / 14 May 2026
20
20:10 / 14 May 2026
30
20:09 / 14 May 2026
42
19:59 / 14 May 2026
37
19:56 / 14 May 2026
308
19:52 / 14 May 2026
36
19:47 / 14 May 2026
41
19:32 / 14 May 2026
49
19:30 / 14 May 2026
94
19:18 / 14 May 2026
59
19:14 / 14 May 2026
68
19:09 / 14 May 2026
61
18:56 / 14 May 2026
69
18:40 / 14 May 2026
74
18:17 / 14 May 2026
83
17:55 / 14 May 2026
84
17:35 / 14 May 2026
76
17:30 / 14 May 2026
71
17:05 / 14 May 2026
97
17:04 / 14 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.