Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2947
az

Fədayə Laçından XƏBƏR VAR

18:3315 İyun, 2018
1492
ŞOU-BİZNES
  • A
 Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının cinayət işinin məhkəməyə göndəriləcəyi tarix məlum olub.

Oxu24.com BAKU.WS-ə istinadən xəbər verir ki. vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, F. Laçının cinayət işində artıq əksər istintaq hərəkətləri yekunlaşıb, yalnız müəyyən ekspertiza məsələləri qalıb: “Buna görə də güman ki, istintaq avqust ayında bitəcək və iş baxılması üçün ərazi üzrə məhkəməyə göndəriləcək”.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Bakıda "Toyota" yandı- VİDEO