Övladları birinci yerə çıxdı - Video
16 Noyabr 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
718
20.04.2020, 21:23
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Oxu24.com redaktor.az-a istinadla xəbər verir ki, iclasda 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan “Elgizlə izlə” proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb.
MTRŞ “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.
Bu qərardan dərhal sonra televiziya rəhəbrliyi tərəfindən sözügedən verilişin bağlandığı və aparıcı Elgiz Əkbərin işdən azad olunduğu iddia edilib.
Elgiz Əkbər saytımıza açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:
“Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur”.
16:51 / 19 Noyabr 2026
25
16:50 / 19 Noyabr 2026
36
16:48 / 19 Noyabr 2026
35
16:35 / 19 Noyabr 2026
74
16:29 / 19 Noyabr 2026
74
16:24 / 19 Noyabr 2026
77
16:18 / 19 Noyabr 2026
102
16:15 / 19 Noyabr 2026
222
16:12 / 19 Noyabr 2026
70
16:10 / 19 Noyabr 2026
105
16:08 / 19 Noyabr 2026
87
16:02 / 19 Noyabr 2026
103
15:59 / 19 Noyabr 2026
106
15:56 / 19 Noyabr 2026
682
15:54 / 19 Noyabr 2026
115
15:47 / 19 Noyabr 2026
157
15:45 / 19 Noyabr 2026
82
15:41 / 19 Noyabr 2026
113
15:33 / 19 Noyabr 2026
548
15:31 / 19 Noyabr 2026
86
15:27 / 19 Noyabr 2026
90
15:11 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.