Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
05 May 2026, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1058
13.04.2020, 22:04
"Qardaşımı evində qətlə yetiriblər. İllərdir bir arzum var ki, onu niyə öldürdüklərini bilim. Bir dostunu tutdular, indi həbsdən çıxıb da. Mənə xəbər göndərdi ki, çıxanda onu niyə və kimin öldürdüyünü deyim. Sona kimi boynuna almadı ki, mən öldürmüşəm. Amma onun üstündə qardaşımın qanı, cibində isə pul və qızıllar olub. Analarımız da rəfiqə idi. 1997-ci ildən indiyənə kimi səbəb bilinmir. O dedi ki, kiminsə günahını üstümə götürdüm. Yeganə qardaşım idi".
"Oxu24.com" xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Space TV"də yayımlanan "Gəl dərdini danış" verilişində deyib.
Aktrisa illər əvvəl qətlə yetirilən qardaşından bəhs edib:
"Qardaşım öldürüləndə uşağı yeni doğulmuşdu. 40-ı çıxmamışdı deyə yoldaşı anası evində idi. Qardaşım onu öldürən dostu Fuadla qalırdı. Qardaşım bərbərxanada işləyirdi, şəhərin ən zəngin adamları onun yanına gedirdilər. Ölməzdən bir neçə gün əvvəl Fuad ondan pul istəmişdi. Yatdığı yerdə qardaşımın başına butulka ilə vurmuşdu".
Həmçinin oxuyun
Orucova gəlinlərinin qardaşının uşağını ona göstərmədiyini söyləyib:
"Gəlin hadisədə bizi günahlandırırdı. Oğlana atamın adını - Malik qoymuşduq. Nə qədər cəhd edirəm uşağı göstərmir bizə. Aramızda ev söhbəti oldu. Elə bildi ki, qardaşım öləndən sonra evi alacam əlindən. Amma etməzdim, həmin ev də ona qaldı. Eşitmişəm ki, uşaq Moskvada oxuyur, 23 yaşı var. Uşaq olanda gedib-gəlirdim, oyuncaq aparırdım. Gəlin dedi ki, ehtiyacımız yoxdur oyuncaqlara. Mən də pul, ərzaq yardımı edirdim".
00:53 / 06 May 2026
35
00:21 / 06 May 2026
192
23:52 / 05 May 2026
55
23:34 / 05 May 2026
70
23:27 / 05 May 2026
55
23:24 / 05 May 2026
55
23:20 / 05 May 2026
48
23:12 / 05 May 2026
153
23:03 / 05 May 2026
102
22:58 / 05 May 2026
53
22:51 / 05 May 2026
49
22:48 / 05 May 2026
55
22:42 / 05 May 2026
60
22:37 / 05 May 2026
83
22:29 / 05 May 2026
505
22:27 / 05 May 2026
281
22:23 / 05 May 2026
260
22:20 / 05 May 2026
218
22:18 / 05 May 2026
61
22:04 / 05 May 2026
1162
21:59 / 05 May 2026
82
21:41 / 05 May 2026
70
21:39 / 05 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.