Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1064
13.04.2020, 18:52
Barəsində cinayət işi açılan, sonradan isə bəraət alan müğənni məhkəməyə üz tutub. Toylara gedə bilmədiyi üçün qazancını itirən müğənni həm də mənəvi təzminat tələb edir.
Oxu24.com musavat.com-a istinadən bildirir ki, Ağdam rayon sakini, 55 yaşlı Firdovsi Mahmudov 2017-ci ilin yanvarında həmkəndlisi Teyyub Nəcəfova xəsarət yetirməkdə ittiham edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. 3 uşaq atası olan Firdovsi Mahmudov barəsində hökm çıxarılıb. O, həbs edilməyib, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Ağdam Rayon Məhkəməsi Firdovsi Mahmudov barəsində aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla, 6 ay islah işləri cəzası kəsib.
Amma F.Mahmudov bu cəza ilə razılaşmayıb və günahsız olduğunu bildirib. Bundan sonra Mahmudov apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mahmudovun şikayətini rədd edib və hökmü qüvvədə saxlayıb.
Mahmudov Ali Məhkəməyə də müraciət edib. Bu dəfə məhkəmə onun şikayətini təmin edib. Ali Məhkəmə qərarı ləğv edib və işi yenidən araşdırmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb.
Gəncə Apellyasiya Məhkəməsi bu dəfə isə Firdovsi Mahmudovun xeyrinə qərar verib və onun barəsində bəraət hökmü çıxarıb. Bu qərardan da prokurorluq narazı qalıb və Ali Məhkəməyə protest verib. Ancaq Ali Məhkəmə 2019-cu ildə bəraət hökmünü qüvvədə saxlayıb.
Mahmudovun məhkəmə çəkişmələri bununla da bitməyib. Bundan sonra Mahmudov öz haqqını tələb etməyə başlayıb.
Firdovsi Mahmudov hüquq-mühafizə orqanlarının və məhkəmələrin əsassız qərarlarına görə həm özünün, həm də yaxınlarının əzab-əziyyət çəkdiyini, iki il ərzində keçirdiyi əsəb və sarsıntıdan iflic olduğunu, bədəninin bir tərəfinin işləmədiyini, həyat yoldaşının da başqa ağır xəstəliyə tutulduğunu əsas gətirərərk məhkəməyə müraciət edib.
Narazı Mahmudov cinayət təqibinə məruz qalmamışdan öncə toylarda müğənnilik etməklə ailəsini dolandırdığını, VÖEN-lə də qazancından vergi ödədiyini bildirib.
"Müğənni kimi el şənliklərində çıxış edirdim. Barəmdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçildi. Rayon ərazisini tərk edə bilmədim və qazancdan məhrum oldum" - Mahmudov şikayətində bildirib.
F.Mahmudov kompensasiya tələbi ilə məhkəməyə üz tutub və Maliyyə Nazirliyindən 31 min manat tələb edib. Həmin məbləğin 20 min manatının mənəvi zərər, 6 min manatını itirdiyi qazanc, 5 min manatını isə özünün və həyat yoldaşının sağlamlığının bərpasına çəkdikləri xərc kimi göstərib.
Ağdam Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib. Mənəvi ziyana görə Maliyyə Nazirliyinin F.Mahmudova 6 min manat kompensasiya ödəməsi haqda qərar çıxarılıb. Amma Maliyyə Nazirliyi bu qərara etiraz edib və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi kompensasiyanın məbləğini 3 min manata endirib.
19:01 / 27 Oktyabr 2026
1
18:54 / 27 Oktyabr 2026
22
18:49 / 27 Oktyabr 2026
126
18:46 / 27 Oktyabr 2026
25
18:41 / 27 Oktyabr 2026
29
18:34 / 27 Oktyabr 2026
49
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
56
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
111
18:05 / 27 Oktyabr 2026
100
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
69
17:33 / 27 Oktyabr 2026
1009
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
95
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.