"2 ailəm də xəyanətə görə DAĞILDI"
24 Aprel 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1222
19.02.2020, 17:45
Amerikada yaşayan “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova ingilis dilində yaxşı danışa bilməməsinə və aktyorluq təcrübəsinin olmamasına rəğmən, “Eyforiya” serialının kastinqlərində iştirak edib.
Oxu.Az xəbər verir ki, model narkotik asılılığı olan striptiz işçisi rolunu canlandırmaq üçün Amerikanın “Eyforiya” serialının kastinqlərinə qatılıb.
Bu barədə Ruslana şəxsi “Youtube” kanalında video paylaşıb.
“Tələffüzümün yaxşı olmamasına görə, şansım olmadığını bilirdim. Təcrübəm də yoxdur. Bu rolun öhdəsindən gəlmək üçün amerikalı qız axtarırdılar. Suallara cavab verdim. Amma zəng vurub çağırmadılar. Yəqin ki, həmin rola uyğun görülmədim. Bəlkə də çağıracaqlar. İkinci mövsümün çəkilişləri mart ayında başlayacaq” - deyə, R.Cavadova bildirib.
“Eyforiya” serialında zorakılıq və intim səhnələr var.
Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.
Həmçinin oxuyun
2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.
Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.
Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini davam etdirir.
12:44 / 25 Aprel 2026
6
12:42 / 25 Aprel 2026
7
12:29 / 25 Aprel 2026
92
12:20 / 25 Aprel 2026
41
12:08 / 25 Aprel 2026
207
11:33 / 25 Aprel 2026
52
11:32 / 25 Aprel 2026
46
11:03 / 25 Aprel 2026
45
11:01 / 25 Aprel 2026
93
10:59 / 25 Aprel 2026
52
10:58 / 25 Aprel 2026
24
01:08 / 25 Aprel 2026
808
00:59 / 25 Aprel 2026
385
00:22 / 25 Aprel 2026
362
23:49 / 24 Aprel 2026
137
23:35 / 24 Aprel 2026
348
23:21 / 24 Aprel 2026
376
22:43 / 24 Aprel 2026
1128
22:31 / 24 Aprel 2026
118
22:31 / 24 Aprel 2026
287
22:29 / 24 Aprel 2026
129
22:21 / 24 Aprel 2026
132
22:20 / 24 Aprel 2026
377
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.