"2 ailəm də xəyanətə görə DAĞILDI"
24 Aprel 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
4395
19.02.2020, 14:03
Uzun illərdir, düşmən münasibətində olan xalq artistləri Brilliant Dadaşova və Faiq Ağayev arasındakı qalmaqal yenidən alovlanıb.
BAKU.WS xəbər verir ki, Murad Arifin "Popumuz var" Youtube layihəsində müsahibi F.Ağayevə ünvanladığı "dürüst-doğru" ifadələri B.Dadaşovanı qıcıqlandırıb.
O, Muradın "İnstagram" hesabında verilişdən paylaşdığı videonun altında olduqca sərt ittihamlar yazıb:
"Gey dostlarım nəbadə məndən inciməsinlər, hərənin şəxsi həyatı, cinsi seçimi onun öz işidir, amma kişi ilə cinsi əlaqə zamanı başqa bir kişiyə acıq vermək üçün şəxsən özünün çəkdiyi video ortaya çıxanda nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üzərimə atması hələ də sual işarəsi altındadır. Bu dünyada və mütləq Məhşərdə böhtanın cəzası çox ağırdır!
Dürüst-doğru... (Brilliant xanım bu sözlərdən sonra gülüş işarələri qoyub). Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib, nədənsə onunla yaxından-uzaqdan əlaqəsi olmayan məhz Brilliantın boynuna atan dürüst. Canım-gözüm Murad, dürüstlük dünyadakı haqqını halal etməz. Günahdır.

Muradik, parlamentdə vaxtilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə ümumiyyətlə dürüstlük gözləyənlərin ümidini heç olmasa sən özün qırma. Bu xalq, doğrudanmı, bu qədər cılızlaşdırılır?! Allah özü bu xalqa kömək olsun!"
Həmçinin oxuyun
Xatırladaq ki, M.Arif F.Ağayevə parlament seçkilərində niyə iştirak etmədiyini soruşur: "Uzaqgörən insansınız. Uzaqda nə gördünüz ki, bu il parlament seçkilərinə qatılmadınız? Tanımadıqlarımızla müqayisədə hər zaman danışan, dürüst-doğru danışan, məntiqli yollar göstərən insanın orada olması xalq üçün xeyirli olmazdımı?"
Faiq Ağayev şəxsi həyatında azad olmaq üçün bu addımı atmadığını bildirir: "Mən şəxsi həyatımın bir çox hissəsindən məhrum olmuş insanam. Üstəgəl, parlamentə də getsəydim, şəxsi həyatımın 95 faizi əldən gedəcəkdi. Mən buna hazır deyildim. Şəxsi həyatımı qurban verməyə hələ hazır deyiləm".

01:08 / 25 Aprel 2026
565
00:59 / 25 Aprel 2026
344
00:22 / 25 Aprel 2026
337
23:49 / 24 Aprel 2026
117
23:35 / 24 Aprel 2026
306
23:21 / 24 Aprel 2026
333
22:43 / 24 Aprel 2026
923
22:31 / 24 Aprel 2026
108
22:31 / 24 Aprel 2026
266
22:29 / 24 Aprel 2026
114
22:21 / 24 Aprel 2026
116
22:20 / 24 Aprel 2026
340
22:15 / 24 Aprel 2026
1764
22:13 / 24 Aprel 2026
106
22:10 / 24 Aprel 2026
728
22:07 / 24 Aprel 2026
108
22:03 / 24 Aprel 2026
396
22:00 / 24 Aprel 2026
257
21:56 / 24 Aprel 2026
118
21:44 / 24 Aprel 2026
239
21:10 / 24 Aprel 2026
261
20:55 / 24 Aprel 2026
145
20:49 / 24 Aprel 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.