Aygün Kazımovanın geyimi ilə bağlı ŞOK AÇIQLAMA: 120 saata hazırlanıb...
25 İyul 2025, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86Ayda 70 min qazandıqlarını deyən müğənnilər nə qədər vergi ödəyir? — Araşdırma
ŞOU-BİZNES
812
10.04.2025, 17:12
Son həftələrdə ölkə telekanallarında müğənnilər və digər sənətçilər bir-biri ilə bəhsləşirmiş kimi öz varidatlarını nümayiş etdirir, aylıq qazanclarının miqdarını açıqlayırlar. Biri ayda 30, o biri 50, başqa biri 70 min manat qazandığını deyir. 5 mənzili olduğunu, bağ evi tikdirdiyini, 95 min manatlıq lüks avtomobil sürdüyünü deyən də var.
Ola bilər, sənət adamlarının varidatı, həyat tərzi tamaşaçılar üçün çox maraqlıdır və onlar bu “sosial sifarişi” nəzərə alaraq analoji açıqlamalar verirlər. Amma bu xüsusat vergi orqanlarının da marağını cəlb etməlidir. Çünki bu şəxslər bir ayda universitet professorunun 4-5 ildə qazana bilməyəcəyi qədər pul qazanırlarsa, bundan müvafiq şəkildə vergi də ödəməlidirlər. Əvvəlki illərdə də müğənnilərin, eləcə də çox pul qazanan digər sənət adamlarının vergiyə cəlb edilməsi məsələsi aktuallaşmış və dövlət büdcəsi zənginləşmişdi. Vergi borcunu ödəməyən müğənnilərin isə adı mətbuatda açıqlanmış, bu da xeyli müzakirələrə səbəb olmuşdu.
Bu arada qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar. Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur. Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir. Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir. Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir. Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.
Bəs hazırda vergi orqanları müğənnilərin qazancından qanunvericiliyə əsasən vergi tuturlarmı?
Oxu24.com xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədovanın məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasından belə məlum olur ki, artıq son vaxtlar vergi məmurları toylardakı iştirakına görə müğənnilərdən vergi tələb etmir: “Mən əsasən dövlət qulluqçusuyam. Universitetdə müəllim, dosent kimi çalışıram, eyni zamanda Dövlət Mahnı Teatrının solistiyəm. Yəni dövlət müəssisələrində fəaliyyət göstərdiyim üçün aldığım əmək haqqından vergi tutulur.
Toylara gəldikdə isə, yalnız ara-sıra gedirəm. Hər gün toylarda çıxış edən müğənnilərdən deyiləm. Toylara getməyimin əsas səbəbi budur ki, biz səhnə adamıyıq və geyindiyimiz paltarlardan tutmuş, yeni mahnıların yazılmasına qədər bir çox məsrəflərimiz olur. Təsəvvür edin, bir səhnə geyimi nə qədər xərc tələb edir. Eləcə də yeni mahnılar, səsyazmalar üçün xeyli vəsait sərf olunur. Bu xərcləri qarşılamaq üçün toylarda iştirak edirəm. Çünki maaşımla bunların öhdəsindən gəlmək mümkün deyil. Aldığım maaş heç ailəmin xərclərinə yetmir. Yoxsa ki, iki ölkənin xalq artisti olaraq mənim toylarda nə işim var?
Əvvəllər vergi məmurları getdiyimiz toylara görə vergi tələb edirdilər. Amma indi bu məsələ yoxdur. Yəni mən dövlət tədbirlərində iştirak edirəm, ondan vergi tutulur. Ona görə hesab edirəm ki, toylardakı iştirakımız üçün vergi ödəmək bizə aid deyil. Bu, gündə toylardan nə qədər pul qazanan müğənnilər var, onlara aiddir".
Müğənni Nigar Camalın meneceri Pərviz Hüseynov sorğumuza belə cavab verdi: “Vergi ödəmək, ilk növbədə, dövlət qarşısında bizim vətəndaşlıq borcumuzdur. Çünki həmin vergilər hesabına məktəblər açılır, müxtəlif sosial məsələlər həll olunur.
Həmçinin oxuyun
Digər bir məqam isə odur ki, Nigar Camal mütəmadi olaraq toylarda iştirak etmir. Biz əsasən dövlət tədbirlərində və ya korporativ tədbirlərdə iştirak edirik. Bu zaman da məlum olduğu kimi, ödənişlər köçürmə yolu ilə həyata keçirilir və avtomatik olaraq qanunvericilikdə nəzərdə tutulan qədər vergi tutulur. Yəni vergidən yayınma kimi bir hal mümkün deyil".
Hitmeykerer Murad Arif qeyd edib: “Bəli, əlbəttə ki, getdiyimiz toylara görə Dövlət Vergi Xidmətinə vergi ödəyirik. Bu proses necə baş verir? Getdiyimiz toylar barədə öz mühasibatlığımıza və həmin toylardan aldığımız qonorar haqqında məlumat veririk. Həmin qonorarlar əsasında da biz hər 3 rübün tamamında rüblük vergiləri hesablayırıq və dövlət büdcəsinə vergi ödəyirik”.
Məsələni daha yaxından araşdırmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.
İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh bildirdi: “Öncə onu qeyd edim ki, səhər saat 8-dən günorta saat 1-2-yə qədər dayanmadan, ayaqüstə lövhə qarşısında dayanıb, sinfi tərk etmədən azyaşlı şagirdlər, eləcə də nadinc yuxarı sinif şagirdləri qarşısında dərs deyən, böyük enerji itirən, zehni və fiziki cəhətdən yorulan müəllim hər saata görə aldığı kiçik məbləğə görə belə vergi ödəyirsə, onda yarım saat ərzində minlərlə manat qazanan şəxslərin - istər müğənni olsun, istərsə də digər sənət sahibləri - vergidən yayınması son dərəcə faciəvi haldır. Bu, həm hüquqi, həm də mənəvi-əxlaqi və sosial baxımdan yolverilməzdir.
Şəffaflaşdırma dedikdə, bu cür fəaliyyətlərin də vergiyə cəlb olunması üçün təkmil bir mexanizmin hazırlanması nəzərdə tutulur".
13:37 / 26 İyul 2025
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
128
13:11 / 26 İyul 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
251
13:08 / 26 İyul 2025
Bakıda ləğv edilmiş məşhur bankın baş direktoru vəfat etdi - FOTO
24
12:31 / 26 İyul 2025
Rusiyada güclü zəlzələ oldu
61
11:47 / 26 İyul 2025
Prezident həmkarını təbrik etdi
30
11:24 / 26 İyul 2025
Bu kəndlər yanır - Təcili
583
10:55 / 26 İyul 2025
Rusiya ağır silahları Ermənistana ötürür - Nə baş verir?
431
10:19 / 26 İyul 2025
2025-ci ilin ən vacib peşə bacarıqları açıqlandı - İNFOQRAFİKA
47
10:09 / 26 İyul 2025
Rusiyada Azərbaycan çaylarının üstündəki yazılar nədir? - Rəsmi Açıqlama - VİDEO
58
10:08 / 26 İyul 2025
Bakıda həbsxanada kişi uşağı zorladı - Tükürpədici detallar
477
09:59 / 26 İyul 2025
Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?
49
09:45 / 26 İyul 2025
Tramp “bomj”larla bağlı qanun imzaladı
51
09:35 / 26 İyul 2025
Yanğın Xocavəndə yayıldı yenilənib - VİDEO
50
09:29 / 26 İyul 2025
Bu ölkələr arasında döyüşlər başladı: Şəhərlər bombalanır
507
09:25 / 26 İyul 2025
Azərbaycanın bəzi ərazilərində içməli su olmayacaq
49
09:15 / 26 İyul 2025
AKP-nin deputatı öldürüldü
58
09:02 / 26 İyul 2025
Qazaxda tutulan qadının şok ƏMƏLİ ÜZƏ ÇIXDI
177
09:00 / 26 İyul 2025
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO
55
07:46 / 26 İyul 2025
İsgəndər Xəlilov Bakıya gəldi - Ofisdə axtarışlar aparılıbmış
480
07:42 / 26 İyul 2025
Ağır qəza olub: Ölən və yaralı var
267
01:50 / 26 İyul 2025
Qadın küçədə sevgilisini bıçaqladı
82
01:08 / 26 İyul 2025
Azərbaycanın 3 rayonunda güclü yanğın:Xeyli sayda yanğınsöndürən və helikopterlər köməyə getdi
782
01:04 / 26 İyul 2025
Moskvada azərbaycanlı iş adamının ofisinə hücum: Milyarder Bakıya gəldi - yenilənib - FOTO
94
00:01 / 26 İyul 2025
Azərbaycan incəsənətinə ağır itki - FOTO
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.