Xalq artisti Şükufə Yusupovanın düşdüyü yol qəzası ilə bağlı araşdırma aparılır
22 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
947
05.03.2025, 17:46
Rzayev Rəşid Səməndər oğlu 5 mart 1975-ci ildə Bakıda - məşhur aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Rəşid Səməndər ömrünün sonuna qədər ailə həyatı qurmayıb. O, həm də böyük sənətkar Səməndər Rzayevin oğlu, teatrşünas, jurnalist Rübabə Səməndərin qardaşıdır.
Rəşid 2006-cı ildə Əməkdar artisti fəxri adına layiq görülüb. 2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getməyib, onun adı teatrdakı qalmaqallarda hallanıb və Rəşid işdən uzaqlaşdırılıb. O, bununla bağlı mətbuata açıqlamasında deyib: “İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq.
Guya, mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “g” bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur”. Mətbuatda yayılan xəbərlərə görə Rəşid Səməndər bir müddət ruhi dispanserdə yatıb. O, buna görə Akademik Milli Dram Teatrında olan işindən də çıxmaq məcburiyyətində qalıb.
Xalq artisti Ramiz Novruz mətbuata açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir: "Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzlullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".
Davamı TV11-in videomaterialında...
21:17 / 24 Avqust 2026
43
20:58 / 24 Avqust 2026
52
20:58 / 24 Avqust 2026
67
20:28 / 24 Avqust 2026
57
20:00 / 24 Avqust 2026
67
19:45 / 24 Avqust 2026
75
19:38 / 24 Avqust 2026
79
19:29 / 24 Avqust 2026
76
19:18 / 24 Avqust 2026
112
19:13 / 24 Avqust 2026
75
19:08 / 24 Avqust 2026
674
19:00 / 24 Avqust 2026
70
18:59 / 24 Avqust 2026
303
18:57 / 24 Avqust 2026
76
18:51 / 24 Avqust 2026
78
18:43 / 24 Avqust 2026
153
18:26 / 24 Avqust 2026
73
18:16 / 24 Avqust 2026
79
18:07 / 24 Avqust 2026
79
17:59 / 24 Avqust 2026
97
17:45 / 24 Avqust 2026
82
17:29 / 24 Avqust 2026
91
17:05 / 24 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.