"Damlanın intim videosu yayıldı. Buna qarşı çıxdınmı, fikrini bildirdinmi? Özünün deyildi ha, amma onun adına yayıb, üstünə ləkə gətirdilər".
Oxu24.com xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) rəsmi Youtube kanalında aparcılığını etdiyi "Tarix ilə səmimi" verilişinin qonağı Mətanət Əsədovaya müraciət edib.
Müğənni "İstər özünün olsun, istər özgəsinin olsun, mənim ona qarışmağa ixtiyarım yoxdur" cavabını verib.
Tolikin "Bu, normal bir kişi ilə qadının cinsi əlaqədə olmağıdır. Burada heç bir ayıb iş yoxdur" ifadəsinə Mətanətin reaksiyası daha sərt olub:
"Kül o kişinin başına ki, onu lentə alır. Onu mən yerə soxum, onun kişilikdən xəbəri yoxdur. Bir kişi hərəkəti eləsin, o yadigar qalsın da. Qaldı ki, xanıma, bar verən ağaca çox daş atarlar. Bizim gənclərə mən hər zaman dəstəyəm".
Oxu24.com
ŞƏRHLƏR