Brilliant Dadaşovanın doğum günüdür — Xalq artistimiz neçə yaşındadır?
15 Sentyabr 2026, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
436
22.04.2024, 17:09
Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub.
Oxu24.com xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva “Space” TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişdə onun ünvanına böhtan və təhqirlər səsləndirib.
O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, “Space” TV-də verilişə çıxaraq barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm”, “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və sair fikirlər səsləndirib.
O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.
Radifə Əliyeva isə Sabitin onun atasına məxsus olan mülkü zorakılıq yolu ilə ələ keçirdiyini, anasına xəsarətlər yetirdiyini, sənədlərin saxtalaşdırılması yolu ilə torpaq sahəsini özününküləşdirdiyini deyib.
Məhkəmə R.Əliyevaya 147.2-ci maddə üzrə bəraət versə də, onu 148-ci, yəni təhqirə görə təqsirli bilib. Xəzərə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 3 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.
Qafqazinfo
10:59 / 16 Sentyabr 2026
1
10:58 / 16 Sentyabr 2026
4
10:45 / 16 Sentyabr 2026
25
10:43 / 16 Sentyabr 2026
50
10:39 / 16 Sentyabr 2026
35
10:35 / 16 Sentyabr 2026
38
10:12 / 16 Sentyabr 2026
79
09:55 / 16 Sentyabr 2026
59
09:33 / 16 Sentyabr 2026
80
09:31 / 16 Sentyabr 2026
69
05:25 / 16 Sentyabr 2026
98
05:23 / 16 Sentyabr 2026
156
05:21 / 16 Sentyabr 2026
521
01:42 / 16 Sentyabr 2026
234
00:03 / 16 Sentyabr 2026
179
23:59 / 15 Sentyabr 2026
94
23:36 / 15 Sentyabr 2026
418
23:35 / 15 Sentyabr 2026
171
23:34 / 15 Sentyabr 2026
332
23:25 / 15 Sentyabr 2026
79
23:19 / 15 Sentyabr 2026
273
23:01 / 15 Sentyabr 2026
1086
23:00 / 15 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.