Vüsalədən Xəzər TV-dən getməsi iddialarına reaksiya - Foto
17 Sentyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
421
08.04.2024, 12:32
"Əsəbindən oturub sakit efirə baxa bilmirsən. Mavi ekran mistik bir qüvvənin tilsiminə düşüb daha da maviləşir, hec bir jurnalistika təhsili olmayan, özünü teatrşünas, sənətşünas daha nə bilim zadşünas kimi sırıyanların, özlərinin namusu olmayıb millətə namus dərsi keçənlərin əlində qalıb".
OXU24.COM bildirir ki, bu fikirləri Lent.az-a Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.
O ad çəkmədən bəzi aparıcıların hədlərini aşdığını söyləyib.
"Çox istəyərdim Təhminə roluna çəkilim"
"Zaur"um olsa, öpüşərəm onunla, yatağa girərəm"
"Çıxır efirdən onu-bunu hədələyir, şantaj edir. Aktrisalara sataşır. Deyir qoca yaşında gənc qadını oynamaq istəyir. Bu teatr üçün ayıb deyil, böyük sənətkarın buna gücü, potensialı yol verirsə niyə də olmasın. Aktrisanın hansısa rolu oynamaq istəməsi ayıb deyil, bu onun sənətidir, kişi olub özünü arvad kimi aparmaq, ev yıxmaq, ara qarışdırmaq, başqalarının çörəyi ilə oynamaq ayıbdır. Özlərini efirdən millətin gözünə mələk kimi soxmağa çalışırlar, biz kimin nə olduğunu çox gözəl bilirik, keçmişləri də göz qabağında olub. Kasıblara makaron, 1-2 kilo ət paylayıb özünü gözə soxan "moşennik" indi bəyəm müqəddəs olub ki, özünü böyük-böyük sənətkarlara söz demyə haqlı hesab edir? Sənin nə haqqın var kimisə təhqir edəsən, onun haqqında ağzına gələni danışasan? Aparıcılıq etmək sənə kimisə təhqir etmək üçün tapşırılmayıb. Kimdir bunların arxasında duranlar? Siz bu gün kimlərinsə hesabına bahalı maşında gəzə, ev- eşik sahibi ola bilərsiniz, amma tarixin yaddaşında "paparoza " kimi qalacaqsınız. Belələrini efirdən qovmaq lazımdır",- deyə o bildirib.
23:48 / 17 Sentyabr 2026
1
23:46 / 17 Sentyabr 2026
82
23:38 / 17 Sentyabr 2026
118
23:33 / 17 Sentyabr 2026
30
23:20 / 17 Sentyabr 2026
34
23:10 / 17 Sentyabr 2026
44
22:42 / 17 Sentyabr 2026
56
22:29 / 17 Sentyabr 2026
50
22:17 / 17 Sentyabr 2026
54
22:15 / 17 Sentyabr 2026
193
21:59 / 17 Sentyabr 2026
81
21:46 / 17 Sentyabr 2026
153
21:39 / 17 Sentyabr 2026
90
21:27 / 17 Sentyabr 2026
275
21:24 / 17 Sentyabr 2026
138
20:35 / 17 Sentyabr 2026
171
20:30 / 17 Sentyabr 2026
70
20:26 / 17 Sentyabr 2026
77
20:17 / 17 Sentyabr 2026
73
20:07 / 17 Sentyabr 2026
70
19:56 / 17 Sentyabr 2026
1127
19:50 / 17 Sentyabr 2026
92
19:49 / 17 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.