Xalq artisti Flora Kərimova plastik əməliyyat qurbanı olub.
OXU24.COM xəbər verir ki, sənətçi bu barədə "Real TV"yə açıqlamasında bildirib. Kərimova qeyd edib ki, üzündəki uğursuz plastik əməliyyatdan sonra həmişə eymək taxmağa məcbur qalıb:
"Elə həmişə bu eynəkdə gəzirəm. Artıq bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib".
F.Kərimovanın əməliyyatını plastik-cərrah Sevinc Heydərova edib.
ŞƏRHLƏR