Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb.
Oxu24.com-un xəbərinə görə, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen
Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu
istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən
hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxu24.com
ŞƏRHLƏR