Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
254
08.10.2026, 22:41
Bu gün Cəbrayıl rayonu ərazisində minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.
Oxu24.com xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.
Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində iki mina hadisəsi baş verib.
2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir müddət sonra 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu oğlunun minaya düşdüyü əraziyə daxil olaraq piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Əşrəf Qəhrəmanov da xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.