Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət işçilərinin maaş və mükafatları ilə bağlı YENİ QAYDA: Hədlər müəyyənləşdi

Dövlət işçilərinin maaş və mükafatları ilə bağlı YENİ QAYDA: Hədlər müəyyənləşdi

CƏMİYYƏT

2959

08.10.2026, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dövlət qurumlarında çalışan işçilərin əməkhaqqı ilə yanaşı, büdcədənkənar vəsaitlər hesabına onlara verilən əlavə ödənişlər və mükafatlarla bağlı müəyyən qeyri-müəyyənliklər yaranmışdı.
Xüsusilə bu vəsaitlərin hansı məqsədlər üçün istifadə oluna biləcəyi, işçilərin maaşlarına nə qədər əlavə edilə biləcəyi və mükafatların hansı həddə müəyyənləşdirilə biləcəyi məsələləri diqqət mərkəzində idi.
Oxu24.com  xəbər verir ki, Prezidentin bu gün imzaladığı fərmanla bu məsələlərə aydınlıq gətirilib. Sənədə edilən dəyişikliklərlə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə istifadə olunmasının hüquqi çərçivəsi dəqiqləşdirilib.
Yeni dəyişikliklər dövlət qurumlarında çalışan əməkdaşların vəzifə maaşlarına büdcədənkənar vəsaitlər hesabına əlavələrin edilməsinə, həmçinin mükafat və digər ödənişlərin həyata keçirilməsinə imkan yaradır. Bununla belə, bu ödənişlərin konkret hədləri müəyyənləşdirilib və büdcədənkənar vəsaitlərin hansı məqsədlər üçün istifadə oluna biləcəyi dəqiqləşdirilib.
Yeni qaydalara əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, müəyyən istisnalar nəzərə alınmaqla, həmin təşkilatlarda çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə edilə bilər.
Bu vəsaitlər hesabına işçilərin vəzifə maaşlarına təqvim ayı ərzində aylıq vəzifə maaşının 1 mislinədək əlavə ödənilməsi mümkündür. Yəni işçinin vəzifə maaşı 1000 manatdırsa, büdcədənkənar vəsait hesabına həmin ay üçün maaşına əlavə olaraq 1000 manatadək ödəniş edilə bilər.
Bundan başqa, təqvim ili ərzində işçilərə mükafat və digər ödənişlərin verilməsi də nəzərdə tutulur. Bu məqsədlə ayrılan vəsaitin həcmi illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.
Beləliklə, yeni dəyişikliklərlə büdcədənkənar vəsaitlər hesabına əməkdaşlara edilən əlavə ödənişlərin həm aylıq, həm də illik hədləri müəyyənləşdirilib. Bu isə əvvəlki qeyri-müəyyənliyin aradan qaldırılması və ödənişlərin konkret çərçivəyə salınması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, yeni qayda bütün dövlət büdcəsindən maliyyələşən təşkilatlara şamil edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu müddəanın istisnaları sırasındadır.
Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0