Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var
28 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
539
08.10.2026, 21:36
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
Oxu24.com xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.


01:13 / 29 Oktyabr 2026
7
00:04 / 29 Oktyabr 2026
198
23:58 / 28 Oktyabr 2026
74
23:54 / 28 Oktyabr 2026
21461
23:53 / 28 Oktyabr 2026
168
23:46 / 28 Oktyabr 2026
85
23:33 / 28 Oktyabr 2026
196
23:20 / 28 Oktyabr 2026
138
23:19 / 28 Oktyabr 2026
464
23:14 / 28 Oktyabr 2026
76
23:10 / 28 Oktyabr 2026
97
22:50 / 28 Oktyabr 2026
1076
22:45 / 28 Oktyabr 2026
87
22:37 / 28 Oktyabr 2026
81
22:33 / 28 Oktyabr 2026
81
22:29 / 28 Oktyabr 2026
409
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
96
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
79
20:23 / 28 Oktyabr 2026
128
20:20 / 28 Oktyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.