Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! İran hücum xəbərləri ilə bağlı rəsmi açıqlama yaydı

SON DƏQİQƏ! İran hücum xəbərləri ilə bağlı rəsmi açıqlama yaydı

SON DƏQİQƏ

1768

02.11.2022, 22:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.

Oxu24.com  xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Nasir Kənani danışıb.

“İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək”, - N.Kənani qeyd edib.

Xatırladaq ki, daha öncə “Reuters” Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır, lazım gələrsə, cavab verməyə hazırdır. Eyni zamanda bildirilib ki, ABŞ hərbi və kəşfiyyat kanalları vasitəsilə daim krallıqla əlaqə saxlayır.

“Klon”un “Xədicə”si görün kimə ərə getdi - FOTOLAR

İranda hicabsız qadın mollanın başına şillə vurub qaçdı - VİDEO

TƏCİLİ ELAN! İşçi tələb olunur: MAAŞ 2000 AZN