1717-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
06 Noyabr 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
266
17.10.2026, 14:15
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara millət vəkili Fuad Oqtay Türkiyə ilə Azərbaycan arasında son günlər yaradılan süni gərginliyə münasibət bildirib.
Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, Fuad Oqtay sosial şəbəkə hesabında paylaşım edərək iki ölkə arasında sağlam düşüncə və qardaşlıq hüququnun qorunmasının vacibliyini vurğulayıb. O, Türk dünyasının birliyini və həmrəyliyini hədəf ala biləcək “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmağa çağırıb.
F.Oqtay Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı ilə müttəfiqlik əsasında möhkəmləndiyini, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində isə Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Onun sözlərinə görə, bu prosesdə parçalanmaya və fikir ayrılıqlarının dərinləşməsinə səbəb ola biləcək cəhdlərə qarşı ehtiyatlı davranmaq lazımdır.
“Fərqliliklərimizi qardaşlıq hüququ çərçivəsində dəyərləndirməliyik”, - deyə Oqtay bildirib.
O, ortaq dəyərlərlə yanaşı, fərqli mövqelərin mövcudluğunun da təbii olduğunu vurğulayıb. Komitə sədri əsas məsələnin bu fərqlilikləri qarşılıqlı anlaşma və qardaşlıq münasibətləri çərçivəsində dəyərləndirmək olduğunu bildirib.
Fuad Oqtay ortaq gələcəyə zərər vurmaq istəyən cəhdlərə qarşı sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasındakı köklü bağların qorunmasına çağırıb.
Oktay Türk dünyasının güclənməsindən kimin narahat olduğu və Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasından kimin fayda götürə biləcəyi barədə suallar səsləndirib. O, bu məsələlərə birlik və həmrəyliyi daha da gücləndirən yanaşma ilə baxılmasının vacibliyini vurğulayıb.
Türkiyəli deputat “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı ayıq-sayıq olmağa çağıraraq, qardaşlığı hədəf alan cəhdlərə qarşı diqqətli davranmağın zəruriliyini bildirib.
Fuad Oqtay paylaşımını bu sözlərlə yekunlaşdırıb: “Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır”.
16:54 / 06 Noyabr 2026
1
16:44 / 06 Noyabr 2026
29
16:36 / 06 Noyabr 2026
56
16:22 / 06 Noyabr 2026
71
16:17 / 06 Noyabr 2026
79
16:02 / 06 Noyabr 2026
88
15:54 / 06 Noyabr 2026
95
15:50 / 06 Noyabr 2026
117
15:43 / 06 Noyabr 2026
117
15:32 / 06 Noyabr 2026
94
15:21 / 06 Noyabr 2026
101
15:14 / 06 Noyabr 2026
97
15:13 / 06 Noyabr 2026
96
15:05 / 06 Noyabr 2026
102
15:00 / 06 Noyabr 2026
670
14:58 / 06 Noyabr 2026
148
14:50 / 06 Noyabr 2026
98
14:43 / 06 Noyabr 2026
88
14:37 / 06 Noyabr 2026
115
14:30 / 06 Noyabr 2026
112
14:23 / 06 Noyabr 2026
116
14:13 / 06 Noyabr 2026
103
14:08 / 06 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.