Bu halda gəlir vergisi BELƏ HESABLANACAQ
17 Oktyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
17.10.2026, 19:15
Kotlet hazırlayarkən qiyməyə çörək əlavə etmək uzun illərdir istifadə olunan üsuldur. Lakin bəzi aşpazlar hesab edirlər ki, çörəyi başqa ərzaqlarla əvəz etməklə ətin dadını daha yaxşı qorumaq və kotletləri daha şirəli etmək mümkündür.
Oxu24.com -un məlumatına görə, çörəyin əvəzinə istifadə edilə biləcək məhsullardan biri adi qida sodasıdır. O, ətin bişərkən çox sıxılmasının qarşısını almağa və nəmin daha yaxşı saxlanmasına kömək edir. Nəticədə, xüsusilə yağsız toyuq ətindən hazırlanan kotletlər də yumşaq və şirəli alınır. Bununla belə, sodanı normadan artıq əlavə etmək olmaz: bir kiloqram qiyməyə yarım çay qaşığından çox istifadə edilməməsi tövsiyə olunur.
Digər alternativ isə manna yarmasıdır. Bu məhsul qiymədəki nəmi saxlamağa kömək edir, kotletlərə yumşaq və havalı quruluş verir, eyni zamanda ətin dadını ön plana çıxarır.
Mannalı, çörəksiz kotletin hazırlanması üçün bir kiloqram qiymə, bir yumurta, iki baş soğan, dörd xörək qaşığı manna yarması, yarım çay qaşığı soda, duz, istəyə uyğun ədviyyatlar və qızartmaq üçün bitki yağı lazımdır.
Hazırlanma qaydası da sadədir. Qiyməyə xırda doğranmış soğan, yumurta, manna yarması, soda və ədviyyatlar əlavə edilərək yaxşıca qarışdırılır. Daha sonra qarışıq ən azı 30 dəqiqə soyuducuda saxlanılır ki, inqrediyentlər bir-birinə yaxşı qarışsın.
Kotletlər əvvəlcədən qızdırılmış tavada yağda hər iki tərəfi təxminən beş dəqiqə olmaqla qızardılır. Ardınca qapaq örtülərək zəif odda daha yeddi dəqiqə bişirilir. Mütəxəssislər daha şirəli nəticə əldə etmək üçün nisbətən yağlı ət seçməyi də məsləhət görürlər.HİT.az
19:50 / 17 Oktyabr 2026
22
19:38 / 17 Oktyabr 2026
50
19:38 / 17 Oktyabr 2026
53
19:32 / 17 Oktyabr 2026
83
19:26 / 17 Oktyabr 2026
51
19:25 / 17 Oktyabr 2026
54
19:06 / 17 Oktyabr 2026
92
18:56 / 17 Oktyabr 2026
551
18:51 / 17 Oktyabr 2026
77
18:49 / 17 Oktyabr 2026
100
18:46 / 17 Oktyabr 2026
86
18:45 / 17 Oktyabr 2026
77
18:36 / 17 Oktyabr 2026
69
18:36 / 17 Oktyabr 2026
523
18:21 / 17 Oktyabr 2026
83
18:09 / 17 Oktyabr 2026
67
17:58 / 17 Oktyabr 2026
70
16:45 / 17 Oktyabr 2026
247
16:10 / 17 Oktyabr 2026
172
15:50 / 17 Oktyabr 2026
133
15:41 / 17 Oktyabr 2026
106
15:32 / 17 Oktyabr 2026
1385
15:19 / 17 Oktyabr 2026
2501
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.