Qaynar xətt:

(+99450) 247 90 86

YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE

YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE

CƏMİYYƏT

342

17.10.2026, 18:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr təyin olunub. Gülüstan Əfsər qızı Kərimli oktyabrın 16-da partiyanın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə gətirilib.

Gülüstan Kərimli bu postda Bəxtiyar İslamovu əvəz edib.

Oxu24.com  YAP Gənclər Birliyi sədrinin dosyesini araşdırıb:

Gülüstan Kərimli 2020-2024-cü ildə Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb.

Təhsil müddətində ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri olub.

2024-2026-cı illərdə ADA Universitetində magistr dərəcəsinə yiyələnib.

G.Kərimli Azərbaycanlı Tələbə və Məzun Platformasında (ASAP) fəaliyyət göstərib.

"Bir Könüllü" hərəkatında rəhbər (supervayzer) və "Könüllü DOST" proqramında könüllü kimi çalışıb.

O, Nəsimi Rayon İcra Hakimiyyətində də işləyib.\\modern.az