Gözəllik salonlarına gedən qadınlar, diqqətli olun! - TƏHLÜKƏ VAR…
17 Oktyabr 2026, 20:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
17.10.2026, 19:32
Türkiyə mediasındakı marjinal qrupların manipulyasiya etdiyi əsas mövzulardan biri də Ceyhan limanı vasitəsilə İsrailə nəql olunan xam neft məsələsidir. Beynəlxalq enerji analitikası şirkətlərinin, o cümlədən "Kpler"in məlumatlarına istinadən, İsrailin neft idxalında Türkiyənin Ceyhan limanından yüklənən neftin həcminin bəzi dövrlərdə azalmadığı, əksinə, artdığı iddia olunur. Türkiyə rəsmiləri isə bu məsələdə beynəlxalq müqavilələrə və tranzit öhdəliklərinə istinad edərək, mövcud prosesə müdaxilə imkanlarının məhdud olduğunu bildirirlər.
Belə olan halda haqlı sual yaranır: Türkiyə öz beynəlxalq hüquqi və iqtisadi öhdəliklərini əsas gətirərək bu prosesi dayandırmırsa, Azərbaycanın müstəqil xarici siyasəti çərçivəsində qurduğu strateji tərəfdaşlıqları və beynəlxalq müqavilələri hansı əsasla tənqid edir? Türkiyənin öz öhdəliklərinə münasibəti ilə Azərbaycanın suveren qərarlarına yanaşma arasında bu cür fərq qoyulması açıq ikili standart deyilmi?
Azərbaycan xarici siyasətini gizli mexanizmlər üzərində deyil, açıq diplomatik münasibətlər və beynəlxalq hüquq prinsipləri əsasında qurur. Bakı həm İsrail, həm də Fələstin dövləti ilə münasibətlərini davam etdirir və bu əlaqələri öz milli maraqları çərçivəsində müəyyənləşdirir.
Özlərinin də beynəlxalq müqavilələr və iqtisadi maraqlar çərçivəsində ticarət əlaqələrini davam etdirdiyi bir şəraitdə Azərbaycana mənəviyyat, qardaşlıq və siyasi seçimlər üzərindən dərs keçməyə çalışanların mövqeyi ciddi suallar doğurur. Qardaşlıq qarşılıqlı hörmət tələb edir, ikili standartları və Azərbaycanın suveren qərarlarına müdaxiləni deyil.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı millət vəkili Azər Badamov Musavat.com-a danışıb.
O qeyd edib ki, Türkiyə mediasında Azərbaycanın müstəqil xarici siyasətinə və beynəlxalq əməkdaşlıqlarına yönələn tənqidlər bir sıra suallar doğurur:
"Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir və hər birinin xarici siyasəti milli maraqlarına uyğun müəyyənləşdirilməlidir. Türkiyə 1949-cu ildə İsraili tanıyan ilk müsəlman çoxluqlu ölkə olub. İki ölkə arasında uzun illər geniş iqtisadi əlaqələr mövcud olub. İsrailin rəsmi statistikasına istinadən yayılan məlumatlara görə, 2025-ci ildə Türkiyədən İsrailə 924 milyon dollar dəyərində mal idxal edilib. Yəni özünün marağı olan yerdə ticarətini davam etdirir. Həm də Azərbaycanı İsraillə münasibətləri davam etdirməsinə görə ittiham etməsinə baxmayaraq, BTC vasitəsilə neftin ixracına beynəlxalq hüquqi və iqtisadi öhdəlikləri əsas gətirərək maneə yaratmır. Çünki burda da iqtisadi maraqları var. Belə olan halda haqlı sual yaranır: Türkiyə öz milli maraqlarını, iqtisadi münasibətlərini və beynəlxalq öhdəliklərini əsas götürürsə, Azərbaycanın da müstəqil qərarlarına niyə eyni hörmət göstərilməməlidir?"
Azər Badamov vurğulayıb ki, Azərbaycanın başqa dövlətlərlə əməkdaşlıq qurması onun suveren hüququdur:
"Türkiyənin milli maraqları olduğu kimi, Azərbaycanın da milli maraqları var. Əgər eyni prinsiplər Azərbaycana münasibətdə fərqli tətbiq edilirsə, bu, ikili standartlar barədə əsaslı suallar yaradır. Azərbaycan Türkiyənin əyaləti deyil, müstəqil dövlətdir! Biz müstəqilliyimizi böyük qurbanlar hesabına qazanmışıq. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və suverenliyin tanınmasına əsaslanmalıdır. Çünki həqiqi müttəfiqlik bir-birinin qərarlarına hökm etmək deyil, bir-birinin müstəqilliyinə hörmət etməkdir".
20:03 / 17 Oktyabr 2026
22
20:03 / 17 Oktyabr 2026
28
19:50 / 17 Oktyabr 2026
38
19:38 / 17 Oktyabr 2026
102
19:38 / 17 Oktyabr 2026
63
19:26 / 17 Oktyabr 2026
62
19:25 / 17 Oktyabr 2026
61
19:15 / 17 Oktyabr 2026
85
19:06 / 17 Oktyabr 2026
110
18:56 / 17 Oktyabr 2026
636
18:51 / 17 Oktyabr 2026
80
18:49 / 17 Oktyabr 2026
108
18:46 / 17 Oktyabr 2026
96
18:45 / 17 Oktyabr 2026
85
18:36 / 17 Oktyabr 2026
77
18:36 / 17 Oktyabr 2026
568
18:21 / 17 Oktyabr 2026
86
18:09 / 17 Oktyabr 2026
68
17:58 / 17 Oktyabr 2026
72
16:45 / 17 Oktyabr 2026
255
16:10 / 17 Oktyabr 2026
174
15:50 / 17 Oktyabr 2026
136
15:41 / 17 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.