Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya ordusuna ağır zərbə vuruldu:Briqada komandiri məhv edildi

SON DƏQİQƏ! Rusiya ordusuna ağır zərbə vuruldu:Briqada komandiri məhv edildi

SON DƏQİQƏ

817

23.03.2022, 19:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini zərərsizləşdirib.

Oxu24.com UNİAN-a istinadən xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk deyib.

Lakin o, öldürülən komandirin ad-soyadını açıqlamayıb.

Spiker söyləyib ki, Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub: “Yaxşı xəbər var - Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib. Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin aqibəti belə olacaq. Onları bağışlamaq olmaz”.

S.Bratçuk Ukrayna Silahlı Qüvvələrinə və torpaqları qoruyan hər kəsə təşəkkür edib.

SON DƏQİQƏ! Rusiyanın bu qədər itkisi var imiş - ŞOK RƏQƏM