Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

SON DƏQİQƏ

500

15.03.2022, 16:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu üzrə müzakirələr bərpa olunub.

Oxu24.com  Ukraynanın "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya bildirib.

Onun sözlərinə görə, danışıqlar videokonfrans formatında keçirilir.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçirilib, lakin müzakirələr tam yekunlaşmayıb və axşam saatlarında texniki fasilə elan olunub. Tərəflər danışıqların bu gün, martın 15-də davam etdirilməsi barədə razılıq əldə etmişdilər.

Əhaliyə ŞAD XƏBƏR: Pulsuz oldu