Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan İran vətəndaşlarını SAXLADI

Azərbaycan İran vətəndaşlarını SAXLADI

KRİMİNAL

68

02.11.2026, 12:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.