Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO 

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO 

SİYASƏT

419

02.11.2026, 11:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub.

Bu barədə Türkiyənin “Rəsmi Qəzet”ində bildirilib.

Sənəddə qeyd olunub ki, Türkiyə Konstitusiyasının 106-cı maddəsinə əsasən, dövlət başçısının Cənubi Koreyada səfərdə olduğu müddətdə prezident vəzifəsini köməkçisi Cevdet Yılmaz icra edəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seula səfər edəcək. Liderlər və nümayəndə heyətləri arasında rəsmi danışıqların 3 noyabr çərşənbə axşamı günü keçirilməsi planlaşdırılır.

Tərəflər iki ölkənin strateji tərəfdaşlığının bütün aspektlərini müzakirə edəcək və mövcud regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Səfər zamanı ikitərəfli münasibətlərin hüquqi çərçivəsini gücləndirməyə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır.//Globalinfo.az

Cevdet Yılmaz