Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
496
15.03.2022, 10:24
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır.
Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilmişdir.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar “İzmir-Bakı” reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanmışdır.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurmuş, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilmişdir.
Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları- 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkarlanmışdır.
Martın 15-də “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyənləşdirilmişdir. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.
17:02 / 02 Noyabr 2026
1
16:53 / 02 Noyabr 2026
82
16:28 / 02 Noyabr 2026
58
16:10 / 02 Noyabr 2026
173
16:03 / 02 Noyabr 2026
72
16:01 / 02 Noyabr 2026
147
15:33 / 02 Noyabr 2026
91
15:29 / 02 Noyabr 2026
149
15:18 / 02 Noyabr 2026
242
15:14 / 02 Noyabr 2026
105
15:10 / 02 Noyabr 2026
180
15:01 / 02 Noyabr 2026
89
14:59 / 02 Noyabr 2026
108
14:22 / 02 Noyabr 2026
226
14:20 / 02 Noyabr 2026
234
14:09 / 02 Noyabr 2026
101
13:55 / 02 Noyabr 2026
102
13:44 / 02 Noyabr 2026
182
13:35 / 02 Noyabr 2026
103
13:25 / 02 Noyabr 2026
809
13:21 / 02 Noyabr 2026
194
13:19 / 02 Noyabr 2026
1351
13:18 / 02 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.