Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ XƏBƏR! Rusiya bu şəhəri işğal etdi: Əhali mühasirəyə düşdü

TƏCİLİ XƏBƏR! Rusiya bu şəhəri işğal etdi: Əhali mühasirəyə düşdü

SON DƏQİQƏ

1419

05.03.2022, 01:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

Oxu24.com  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - Jivitski bildirib.

O, həmçinin qeyd edib ki, yerli sakinlər ərzaq və digər malları ala bilmirlər.

"Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur", - Jivitski yazıb.

SON DƏQİQƏ! Putin Qanunu imzaladı