Milli Məclis bəyanat QƏBUL EDİB
03 Noyabr 2026, 12:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
61
03.11.2026, 11:22
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laosun yeni səfiri Siphandon Oybuabuddini qəbul edib.
Oxu24.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı səfirin etimadnaməsini Laos Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəyə rəsmi səfərindən sonra təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu deyib. Bildirib ki, münasibətlərin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini deyib. Dövlət başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğulayıb, məhz ölkənin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirib, bunu ölkəyə olan hörmətin nümunəsi kimi qiymətləndirib.
Dövlət başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.
Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.
Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
12:10 / 03 Noyabr 2026
3
12:06 / 03 Noyabr 2026
24
12:01 / 03 Noyabr 2026
49
11:59 / 03 Noyabr 2026
38
11:57 / 03 Noyabr 2026
41
11:46 / 03 Noyabr 2026
55
11:44 / 03 Noyabr 2026
49
11:40 / 03 Noyabr 2026
49
11:35 / 03 Noyabr 2026
68
11:33 / 03 Noyabr 2026
61
11:30 / 03 Noyabr 2026
309
11:11 / 03 Noyabr 2026
63
11:10 / 03 Noyabr 2026
73
11:01 / 03 Noyabr 2026
367
10:51 / 03 Noyabr 2026
71
10:44 / 03 Noyabr 2026
173
10:39 / 03 Noyabr 2026
78
10:30 / 03 Noyabr 2026
170
10:27 / 03 Noyabr 2026
253
10:24 / 03 Noyabr 2026
68
10:20 / 03 Noyabr 2026
97
10:17 / 03 Noyabr 2026
187
10:01 / 03 Noyabr 2026
385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.