Meşədə yanmış meyiti tapılan şəxs görün kim imiş - Foto
03 Noyabr 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
290
03.11.2026, 11:01
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
11:46 / 03 Noyabr 2026
1
11:44 / 03 Noyabr 2026
12
11:40 / 03 Noyabr 2026
22
11:35 / 03 Noyabr 2026
37
11:33 / 03 Noyabr 2026
38
11:30 / 03 Noyabr 2026
46
11:22 / 03 Noyabr 2026
43
11:11 / 03 Noyabr 2026
48
11:10 / 03 Noyabr 2026
58
10:51 / 03 Noyabr 2026
61
10:44 / 03 Noyabr 2026
142
10:39 / 03 Noyabr 2026
71
10:30 / 03 Noyabr 2026
153
10:27 / 03 Noyabr 2026
210
10:24 / 03 Noyabr 2026
65
10:20 / 03 Noyabr 2026
92
10:17 / 03 Noyabr 2026
159
10:01 / 03 Noyabr 2026
365
10:00 / 03 Noyabr 2026
91
09:58 / 03 Noyabr 2026
89
09:31 / 03 Noyabr 2026
90
09:29 / 03 Noyabr 2026
93
09:28 / 03 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.