Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə saatlarında dəhşət: Yaralılar var

Bakıda gecə saatlarında dəhşət: Yaralılar var

SON DƏQİQƏ

893

05.03.2022, 00:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Oxu24.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-nin məsul şəxsi Sənan Səlimov Agentliyə çağırılıb.