Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

SON DƏQİQƏ! Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

SON DƏQİQƏ

492

28.02.2022, 15:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.

Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.

Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.